Əlixan Musayev:
Bir zaman Musa öz xidmətçisinə belə demişdi: “Mən iki dənizin qovuşduğu yerə çatana qədər yaxud uzun illər sərf edənə qədər (səfərimə) davam edəcəyəm”.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Yadına sal ki, bir zaman Musa öz gənc dostuna (xidmətində olan Yuşə ibn Nuna) belə demişdi: “Mən (Xızırla görüşmək üçün) iki dənizin qovuşduğu yerə çatmayınca və uzun müddət gəzib dolanmayınca (bu səfərdən) geri dönməyəcəyəm!”
Elmir Quliyev
:
Вот Муса (Моисей) сказал своему слуге: "Я не остановлюсь, пока не дойду до места слияния двух морей или пока не потрачу на путешествие долгие годы".
Ələddin Sultanov:
Bir zaman Musa gənc yoldaşına belə demişdi: “İki dənizin qovuşduğu yerə çatana qədər yol gedəcəyəm, yaxud uzun müddət yoluma davam edəcəyəm”. (Təfsirlərdə Musa peyğəmbərin yanıdakı gənc oğlanın Yuşa ibn Nun olduğu və Musa peyğəmbərə xidmət edib ondan elm öyrəndiyi rəvayət olunur. Bu iki dənizin hansı dənizlər olduğu dəqiq bilinmir. Bəzi təfsirçilərə görə, bu iki dənizdən biri zahiri elmlərin dənizi olan Həzrət Musa, digəri isə batini elmlərin dənizi olan Xızır əleyhissalamdır.)
Kerbelayi Malik ağa:
Musa gənc yoldaşına: ‘İki dənizin birləşdiyi yerə çatana qədər (yoluma) davam edəcəm və ya illərlə (uzun müddət) gedəcəm.’ demişdi.
Ələsgər Musayev:
Onda Musa cavan yoldaşına dedi: «Mən əl
çəkmərəm, ta iki dəryanın qovuşduğu yerə yetişəm, ya bu, illər
boyu çəkə!»
A.Mehdiyev və D.Cəfərli:
Və (yada sal) o zaman(ı) ki, (İmranın oğlu və İsrail övladlarının peyğəmbəri) Musa şagirdinə (öz canişini Nunun oğlu Yuşəyə) dedi: «Mən iki dənizin qovuşduğu yerə çatana və ya uzun bir müddət yol qət edənə kimi getməkdən dayanmayacağam».
Kövsər Tağıyev:
Bir vaxt Musa yanındakı gəncə belə demişdi: “İki dənizin qovuşduğu yerə çatana qədər dayanmayacağam ya da uzun müddət yol gedəcəyəm”.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman Musa öz gənc dostuna dedi: "İllərlə getsəm də, iki dənizin qovşağına çatmayınca dayanmayacağam."
Sabirə Dünyamalıyeva:
Və bir vaxt Musa [yanındakı] gənc oğlana: "Mən iki alim adamın yığışdığı yerə çatana qədər dayanmayacağam yaxud illərlə gedəcəyəm" demişdi.