Əlixan Musayev:
Firon üz çevirdi, sonra da bütün hiyləgərlik vasitələrini (sehrbazlarının hamısını) toplayıb gəldi.
Bünyadov-Məmmədəliyev:
(Bu söhbətdən sonra) Firon dönüb getdi, nəhayət, bütün hiylə (və sehr) vasitələrini (sehrbazlarını) yığıb (vəd olunmuş vaxtda həmin yerə) gəldi.
Elmir Quliyev
:
Фараон отвернулся и собрал свои козни (собрал своих колдунов), а затем пришел в назначенный срок.
Ələddin Sultanov:
Bu zaman Firon dönüb getdi və öz hiyləgərlik vasitələrini (sehrbazlarını) topladıqdan sonra gəldi.
Kerbelayi Malik ağa:
Beləcə Firon dönüb getdi. Sonra hiylələrini toplayaraq gəldi.
Ələsgər Musayev:
Firaun dönüb getdi və bütün məkr
və fəndlərini cəm etdib, sonra gəldi.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə Firon üz döndərdi (məclisi tərk etdi) və öz hiyləsini (cadularını, hiyləgərlik alətlərini və hiylə əhli olan cadugərləri) topladı, sonra (təyin edilmiş gündə meydana) gəldi.
Kövsər Tağıyev:
Firon dönüb getdi, hiylələrini (hiylə quran sehrbazları) topladı, sonra gəldi.
M.Qənioğlu və T.Bilaloğlu:
Firon dönüb getdi və öz sehrbazlarını toplayıb gəldi.
Sabirə Dünyamalıyeva:
Belə olduqda Firon arxasını çevirdi, hiylələrini-planlarını yığdı, sonra gəldi.