Möminun Surəsi 60. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Rəbbinə qayıdacaqlar deyə yerinə yetirməli olduqlarını qəlbi qorxa-qorxa yerinə yetirənlər
Bünyadov-Məmmədəliyev:
Ürəkləri Rəbbinin hüzuruna qayıdacaqlarından qorxuya düşüb verməli olduqlarını (zəkatı, sədəqəni) verənlər
Elmir Quliyev :
которые раздают милостыню, тогда как их сердца страшатся того, что им суждено вернуться к своему Господу,
Ələddin Sultanov:
Verməli olduqlarını (sədəqəni, zəkatı) Rəbbinə dönəcəkləri üçün qəlbləri titrəyərək verənlər,
Kerbelayi Malik ağa:
Onlar verəcəklərini verərlər. Onlar Rəblərinə geri dönənlər olduğundan onların qəlbləri titrəyər.
Ələsgər Musayev:
o kəslər ki, əta edirlər ki, əta etməli olanı qəlbləri vəchə gəlir ki, onlar Rəblərinə tərəf müraciət edəcəklər
A.Mehdiyev və D.Cəfərli:
(mal canlarından Allah yolunda) verdikləri şeyi Rəbblərinə tərəf qayıdacaqların(ı bildikləri üçün onun qəbul olunmamasın)dan qorxan halda verənlər
Kövsər Tağıyev:
Rəblərinin hüzuruna qayıdacaqları üçün verdiklərini qəlbləri titrəyərək verənlər (ki var,)
M.Qənioğlu və T.Bilaloğlu:
verəcəklərini [zəkat, sədəqə] verir öz Rəbbinə qayıdacaqlarından ürəkləri tir-tir əsir -
Sabirə Dünyamalıyeva:
şübhəsiz, Rəbbinə qayıdacaqları üçün, verdiklərini ürəkləri ürpərərək verən kəslər;