Furqan Surəsi 60. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlara: “Ər-Rəhmana səcdə edin!”– deyildikdə: “Ər-Rəhman nədir? Məgər bizə əmr etdiyin şeyə səcdə etməliyik?”– deyərlər. Bu da onların nifrətini artırar.
Bünyadov-Məmmədəliyev:
Onlara (müşriklərə): “Rəhmana (rəhmli olan Allaha) səcdə edin!” deyildiyi zaman, onlar: “Rəhman nədir? Bizə əmr etdiyin şeyə səcdəmi edəcəyik?” deyə cavab verərlər. Bu (səcdə əmri) onların (imana olan) nifrətini daha da artırar.
Elmir Quliyev :
Когда им говорят: "Падайте ниц перед Милостивым!" они говорят: "Что такое Милостивый? Неужели мы будем падать ниц перед тем, кому ты нам приказываешь?" Это приумножает их отвращение.
Ələddin Sultanov:
Onlara: “Rəhmana səcdə edin!” - deyildiyi zaman onlar: “Rəhman nədir? Bizə əmr etdiyin şeyə səcdəmi edəcəyik?” deyərlər. Bu, onların nifrətini daha da artırar.
Kerbelayi Malik ağa:
Onlara ‘Rəhmana səcdə edin!’ deyildiyi zaman: ‘Rəhman nədir? Sənin bizə əmr etdiyin şeyəmi səcdə edəcəyik?’ dedilər. (Bu əmr yalnız) onların nifrətlərini artırdı.
Ələsgər Musayev:
onda ki, deyilər onlara: «Səcdə edin Rəhman üçün!»,- deyərlər: «Nədir Rəhman? Ə, sənin bizə əmr etdiyinəmi səcdə edək?» bu onların nifrətini artırar.
A.Mehdiyev və D.Cəfərli:
Onlara «Rəhman (olan Allah)a səcdə edin» deyilən zaman (məsxərə edərək) deyərlər: «Rəhman nədir? (Tanımadan) sənin əmr etdiyinə səcdə edək?!» (sənin sözün) onların nifrət uzaqlığını artırır.
Kövsər Tağıyev:
Onlara: “Rəhmana səcdə edin”, deyildikdə, “Rəhman nədir? Sənin bizə əmr etdiyinə səcdə edək?” deyərlər bu, onların nifrətini artırar.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlara: "Mərhəmətliyə [Allaha] səcdə edin." - dedikdə, onlar "Mərhəmətli olan şeydir? Məgər biz sənin əmr etdiyinə səcdə etməliyik?" - deyərlər. Bu, onları (haqdan) daha da uzaqlaşdırdı.
Sabirə Dünyamalıyeva:
onlara deyiləndə ki: "Rəhmana [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allaha] boyun əyib tabe olun!" dedilər ki: "Yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allah deməkdir? Sənin bizə əmr etdiyin şey üçün boyun əyib tabeçilik göstərməliyik?" boyun əyib tabeçilik göstərmək haqqında bu əmr, onların nifrətini artırdı.