Nəml Surəsi 60. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Göyləri yeri yaradan, sizin üçün göydən yağmur endirən kimdir? Biz onunla gözəl bağçalar saldıq. Halbuki siz onların ağaclarını da böyüdə bilməzdiniz. Heç Allahla yanaşı başqa bir məbudmu var? Xeyr, onlar (haqdan) yayınan adamlardır.
Bünyadov-Məmmədəliyev:
(Bütlər yaxşıdır) yoxsa göyləri yeri yaradan, sizin üçün göydən yağmur endirən kimsə?! Sonra Biz o yağmurla sizin üçün gözəl bağçalar yetişdirdik. (Əgər Allahın yaratdığı yerə endirdiyi su olmasaydı) siz (o bağçaların) ağaclarını göyərdə bilməzdiniz. Məgər Allahla yanaşı başqa bir tanrımı var?! Lakin (müşriklər bütlərini Allaha) bərabər tutan bir tayfadırlar! (Yaxud onlar qəsdən haqq yoldan yayınan bir qövmdürlər!)
Elmir Quliyev :
Кто создал небеса и землю и ниспослал вам с неба воду? Посредством нее Мы взрастили прекрасные сады. Вы не смогли бы взрастить деревья в них. Так есть ли бог, кроме Аллаха? Нет, но они являются людьми, которые уклоняются от истины (или равняют с Аллахом вымышленных богов).
Ələddin Sultanov:
(Şərik qoşduqları xeyirlidir,) yoxsa göyləri yeri yaradan, sizin üçün göydən su endirən?! Biz o su ilə bir ağacını belə göyərdə bilməyəcəyiniz gözəl bağlar bitirdik. Allahla yanaşı başqa bir ilah varmı?! Xeyr, onlar (bütləri Allaha) tay tutan bir qövmdür.
Kerbelayi Malik ağa:
Yaxud səmaları yer üzünü yaradan sizin üçün göydən su endirənmi? Beləcə onunla gözəl bağçalar yetişdirdik. Onun ağaclarını belə yetişdirməyiniz mümkün deyildir. Allah ilə birgə bir (başqa) ilahmı? Xeyr, onlar (Allaha başqa bir ilahı) bərabər tutan bir qövmdür.
Ələsgər Musayev:
Yoxsa kim ki, xəlq etdi səmaları ərzi nazil etdi sizin üçün səmadan su göyərdirik onunla gözəl bağlar ki, onların ağaclarını göyərtməyə bacarığınız yoxdur? Ə, Allahla yanaşı Ilahimi var? Bəli, onlar sapmış qoumdur!
A.Mehdiyev və D.Cəfərli:
(O şəriklərmi yaxşıdır,) yoxsa göyləri yeri yaradan, göydən sizə (yağış, qar dolu şəklində) su nazil edən? Beləliklə (həmin suyun) vasitəsilə gözəl, yamyaşıl könül oxşayan bağlar yetişdirdik ki, onların ağaclarını bitirmək sizin üçün müyəssər deyildi! Məgər heç tək olan Allahla yanaşı başqa bir tanrımı var? (Xeyr,) əslində onlar (Allahdan) üz döndərən Ona şərik qoşan bir tayfadırlar.
Kövsər Tağıyev:
Yaxud göyləri yeri yaradan sizə göydən yağmur endirib onunla ürək açan bağçalar yetişdirən? Halbuki siz onun bir ağacını belə yetişdirə bilməzdiniz. Allah ilə yanaşı başqa bir ilahmı var? Xeyr, onlar (Allaha) şərik qoşan bir qövmdür.
M.Qənioğlu və T.Bilaloğlu:
(Şəriklər yaxşıdır), yoxsa göyləri yeri xəlq edən, səmadan sizin üçün su endirən (Allah)? Biz o su ilə ürəkoxşayan bağ-bağçalar yetirdik, halbuki siz onların bir ağacını belə bitirə bilməzdiniz. Məgər Allahla yanaşı başqa bir tanrı da var?! Onlar isə (haqdan) yayınan adamlardır.
Sabirə Dünyamalıyeva:
Onların şərik qoşduğu şeylərmi xeyirlidir, yoxsa göyləri yer üzünü əmələ gətirən, göydən sizin üçün su endirənmi? Sonra da Biz onunla, sizin bir ağacını belə bitirə bilməyəcəyiniz gözəl-gözəl bağlar bitirdik. Allahla yanaşı başqa bir məbudmu var! Əksinə, onlar şərik qoşmaqla yanlış, öz ziyanlarına olan əməli işləməyə davam edən bir camaatdır.