Əlixan Musayev:
Sizə verilən hər şey ancaq dünya həyatının keçici zövqü və onun bərbəzəyidir. Allah yanında olanlar isə daha xeyirli və daha sürəklidir. Məgər başa düşmürsünüz?
Bünyadov-Məmmədəliyev:
Sizə verilən hər hansı bir şey (dövlət, övlad, xoş güzəran) ancaq bu fani dünyanın malı və bərbəzəyidir. Allah yanında olan (nemətlər) isə daha yaxşı və daha baqidir (əbədidir). Məgər ağıla gəlməzsiniz?! (Fani dünya malını axirətin əbədi nemətlərindən üstün tutursunuz!)
Elmir Quliyev
:
Все, что вам даровано, является всего лишь преходящим благом мирской жизни и ее украшением, а у Аллаха — нечто более прекрасное и долговечное. Неужели вы не разумеете?
Ələddin Sultanov:
Sizə verilən hər şey dünya həyatının neməti və bərbəzəyidir. Allah yanında olanlar isə daha xeyirli və daha əbədidir. Hələ də dərk etmirsinizmi?
Kerbelayi Malik ağa:
Sizə verilmiş olan hər şey əslində dünya həyatının malı və zinətidir. Allahın dərgahında olanlar daha xeyirli və daha baqidir (əbədidir). Hələ ağıl işlətmirsinizmi?
Ələsgər Musayev:
N? ki, siz? verilib seyd?n – m?tah?d?r dunya h?yat?n?n v? zin?tidir onun. N? ki, Allah yan?ndad?r, xeyirlidir v? baqidir. ?, m?g?r ?ql etm?zsinizmi?
A.Mehdiyev və D.Cəfərli:
(Dünya malından) Sizə verilən şeylər yalnız dünya həyatında bəhrələnmək üçün bir qaynaq, onun bərbəzəyi və zinətidir. Allah yanında olan (axirət nemətləri isə) daha yaxşı və daha əbədidir. Məgər düşünmürsünüz?
Kövsər Tağıyev:
(Dünyalıq olaraq) Sizə verilən hər şey dünya həyatının mənfəəti və zinətidir. Allahın qatındakı isə daha xeyirli və daha qalıcıdır. Hələ də düşünmürsünüzmü?
M.Qənioğlu və T.Bilaloğlu:
Sizə bəxş olunan hər şey bu dünya həyatının ötəri malı və bəzək- düzəyidir. Allahın dərgahındakı isə daha xeyirli və daha uzunmüddətlidir. Məgər siz anlamırsınız?
Sabirə Dünyamalıyeva:
Və sizə verilən şeylər, bəsit dünya həyatının qazancı və onun bərbəzəyidir. Allah dərgahında olanlar isə daha xeyirli və daha baqidir. Hələ də ağlınızı işlətməyəcəksiniz?