Əlixan Musayev:
Sən səbrli ol! Həqiqətən də, Allahın vədi haqdır. Qoy (axirətə) yəqinliklə inanmayanlar səni qeyri-ciddi olmağa (dindən dönməyə) sövq etməsinlər.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Sən (çətinliklərə, əziyyətlərə) səbr et. Şübhəsiz ki, Allahın (sənə verdiyi zəfər) vədi haqdır. Qoy (axirətə) qəti inanmayanlar səni etinasızlığa sövq etməsinlər. (Səni yüngül hesab edib yerindən oynatmasınlar, səbrsizliyə, səbatsızlığa sövq edərək öz fikrindən və amalından döndərib risaləti təbliğ etməkdən daşındıra bilməsinlər!)
Elmir Quliyev
:
Будь же терпелив, ведь обещание Аллаха истинно. И пусть те, которые лишены убежденности, не находят тебя легковесным (не отвращают тебя от религии).
Ələddin Sultanov:
Ona görə də səbirli ol! Həqiqətən, Allahın vədi haqdır. Yəqinliklə iman gətirməyənlər səni biganəliyə sövq etməsinlər!
Kerbelayi Malik ağa:
Elə isə səbir et, şübhəsiz ki, Allahın vədi haqdır. Yəqinliklə inanmayanlar əsla səni xəfifliyə sövq etməsinlər.
Ələsgər Musayev:
Və səbr et. Həqiqətən, vədi
Allahın haqdır. Qoy o kəslər ki, yəqinlikləri yoxdur, səni
yüngül hesab etməsinlər!
A.Mehdiyev və D.Cəfərli:
(Ya Peyğəmbər! Onların hədələri və hiylələri müqabilində) sən səbr et. Şübhəsiz, Allahın vədi (ümmətin qələbəsi, kitabın yayılması və dininin bütün dünyaya şamil olması və əbədiliyi) haqdır və (Allahın vədlərinə) yəqinləri olmayanlar, səni yüngüllüyə (səbirsizliyə) və iztiraba vadar etməsinlər.
Kövsər Tağıyev:
Sən səbir et. Həqiqətən, Allahın vədi haqdır. Yəqinliklə iman etməyənlər səni etinasızlığa (və əndişəyə) sövq etməsinlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Səbr et, axı Allahın vədi haqdır. Qoy (axirətə) inamı olmayanlar səni yüngül [səbrsiz, dözümsüz] etməsinlər.
Sabirə Dünyamalıyeva:
İndi sən səbirli ol. Şübhəsiz ki, Allahın vədi haqdır. Qəti inanmamış kəslər, səni əsla yüngüllüyə vadar etməsinlər.