Əlixan Musayev:
Əgər ikiüzlülər, qəlbi xəstə olanlar və şəhərdə qarayaxma şayiələr yayanlar (öz yaramaz əməllərinə) son qoymasalar, səni onlara qarşı çıxmağa çağırarıq. Sonra onlar orada artıq səninlə ancaq qısa bir müddət ərzində qonşuluq edər və
Bünyadov-Məmmədəliyev:
Əgər münafiqlər, qəlblərində mərəz (zinakarlıq, pozğunluq mərəzi) olanlar və Mədinədə qəsdən yalan şayiələr yayanlar (bu pis əməllərinə) son qoymasalar, şübhəsiz ki, səni onların üstünə qaldırarıq. Sonra onlar səninlə ancaq az bir müddət orada qonşu ola bilərlər.
Elmir Quliyev
:
Если лицемеры и те, чьи сердца поражены недугом, и те, кто распространяет слухи в Медине, не перестанут, то Мы непременно поможем тебе одолеть их, и тогда они будут соседствовать с тобой здесь совсем недолго,
Ələddin Sultanov:
Əgər münafiqlər, qəlblərində xəstəlik olanlar və Mədinədə yalan şayiələr yayanlar (bu əməllərindən) vaz keçməsələr, əlbəttə, səni onların üstünə göndərərik. Sonra onlar orada səninlə yalnız az bir müddət qala bilərlər.
Kerbelayi Malik ağa:
Əgər münafiqlər və qəlblərində mərəz (xəstəlik) olanlar və şəhərdə yalan və pis xəbər yayanlar əl çəkməzlərsə, əlbəttə səni mütləq onların üstünə qaldırarıq. Sonra az bir zaman xaric, orada sənə qonşu ola bilməzlər (orada qala bilməzlər).
Ələsgər Musayev:
Əgər münafiqlər və o kəslər ki, qəlblərində mərəz var və
şəhərdə söz yayırlar, son qoymasalar, Biz səni onların üzərinə
qaldırarıq. Sonra onlar orada səninlə ancaq az bir zaman
qonşuluq edəcəklər
A.Mehdiyev və D.Cəfərli:
Əlbəttə, əgər münafiqlər və qəlblərində xəstəlik (iman zəifliyi və ya günah sevgisi) olanlar və camaatı iztiraba düçar etmək üçün şəhərdə şayiə yayanlar (öz fəsadlarından) əl çəkməsələr, mütləq səni onların əleyhinə qaldırarıq (ki, onların sürgün olunması əmrini verəsən). Bu zaman onlar bu şəhərdə yalnız az bir müddəti çıxmaq şərtilə səninlə qonşu ola bilməzlər.
Kövsər Tağıyev:
And olsun, əgər münafiqlər, qəlblərində bir xəstəlik olanlar və Mədinədə çirkin xəbərlər yayıb aranı qarışdıranlar (bu əməllərindən) əl çəkməsələr, əlbəttə, səni onların üzərinə getməyə təşviq edəcəyik. Onlar da (bundan sonra) orada lənətə uğramış kimsələr olaraq səninlə çox az müddət qonşu qalacaqlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər münafiqlər, ürəklərində mərəz olanlar və Mədinədə şayələr yayanlar əl çəkməsələr, onda Biz səni onların üzərinə qaldırarıq. Sonra onlar orada səninlə ancaq az vaxt qonşuluq edərlər
Sabirə Dünyamalıyeva:
And olsun ki, əgər o münafiqlər və qəlblərində bir xəstəlik olan; pis düşüncəli kəslər və Mədinədə fitnə-fəsad törədənlər elədikləri bu işlərdən əl çəkməsələr, həqiqətən onları uzaqlaşdırmaq surətiylə səni onların üstünə qaldırarıq. Sonra onlar səninlə orada yalnız qısa bir müddət qonşu ola bilərlər;