Əlixan Musayev:
(Tabe olanlar) deyəcəklər: “Xeyr, sizin özünüzə salam olmasın! Bunu bizə siz təqdim edirdiniz. Ora necə də pis qərar tutulan yerdir!”
Bünyadov-Məmmədəliyev:
(Tabe olanlar da öz başçılarına) belə deyəcəklər: “Xeyr, siz elə özünüz rahatlıq üzü görməyəsiniz! (Sizin özünüzə salam olmasın!) Bunu bizim üçün siz hazırladınız (bu əzaba, küfrə bizi siz uğratdınız). Bir baxın (bu Cəhənnəm) necə də pis məskəndir!
Elmir Quliyev
:
Они скажут: "О нет! Это вам не будет приветствия! Это вы преподнесли его нам. Как же скверно это местопребывание!"
Ələddin Sultanov:
(Onlara tabe olanlar isə:) “Xeyr, siz rahatlıq üzü görməyin! Onu bizə siz gətirdiniz. O nə pis bir yerdir!” - deyəcəklər.
Kerbelayi Malik ağa:
‘Xeyr, əsl sizə rahatlıq yox. Onu bizə siz təqdim etdiniz (əzaba uğramamıza səbəb oldunuz). Artıq (o) nə pis bir qərargahdır (cəhənnəmdir).’ dedilər.
Ələsgər Musayev:
Dedilər: «Bəli, sizsiniz…! Yoxdur mərhaba sizin ilə. Siz bizim
üçün bunu hazırladınız və pis qərargahdır!»
A.Mehdiyev və D.Cəfərli:
(Onlara tabe olanlar da öz başçılarına) deyərlər: «Əksinə, siz xoşluq görməyəsiniz! (Çünki) bu odu bizim qarşımıza siz çıxardınız. (Ora) pis yerdir.»
Kövsər Tağıyev:
O əzaba bənzər müxtəlif başqa əzablar da var.
M.Qənioğlu və T.Bilaloğlu:
Kafirlər (başçılarına) deyərlər: "Xeyr, bunu siz etdiniz. Sizə salam yoxdur, bunu [cəhənnəmi] bizim üçün siz hazırlamısınız. Nə pis qərar tutma yeri!"
Sabirə Dünyamalıyeva:
Deyəcəklər ki: "Xeyr, elə sizin özünüzə salam, xoşluq olmasın. Cəhənnəmi qabağımıza siz gətirdiniz. O necə də pis bir dayanacaqdır!"