Əlixan Musayev:
Gecələr sizi yatızdıran, gündüzlər isə nələr etdiyinizi bilən Odur. Sonra O, sizi səhərlər oyadır ki, müəyyən olunmuş əcəliniz gəlib çatsın. Sonra isə dönüşünüz Ona olacaq. O, nə etdikləriniz barədə sizə xəbər verəcəkdir.
Bünyadov-Məmmədəliyev:
Sizi gecələr yuxuya daldıran (bu minvalla sizi bir növ ölüm halına salıb hiss-həyəcandan məhrum edən), gündüz isə nə etdiyinizi (nə qazandığınızı) bilən Odur. Sonra O sizi gündüz (yuxudan) oyandırır ki, müəyyən olunmuş vaxt (əcəl) gəlib yetişsin. Sonra onun hüzuruna qayıdacaqsınız və sonra da O sizə etdiyiniz əməllər barəsində xəbər verəcəkdir.
Elmir Quliyev
:
Он — Тот, Кто усыпляет вас ночью и знает, что вы делаете днем. Затем Он воскрешает вас днем, чтобы исполнился назначенный срок (завершился срок вашей жизни). Затем к Нему вам предстоит вернуться, и затем Он поведает вам о том, что вы совершали.
Ələddin Sultanov:
Sizi gecə öldürən (yuxuladan), gündüz nə əldə etdiyinizi bilən, sonra müəyyən olunmuş vaxt (əcəl) tamamlansın deyə, gündüz vaxtı sizi dirildən (yuxudan oyandıran) Odur. Sonra dönüşünüz Onadır. Sonra Allah etdiyiniz əməlləri sizə xəbər verəcəkdir.
Kerbelayi Malik ağa:
Gecə sizi vəfat etdirən (yatızdıran), gündüzləri nə qazandığınızı bilən, sonra ‘əcəli müsəmmanın’ (təyin olunmuş zamanın, ömrün) tamamlanması üçün gündüz içində sizi təkrar dirildən Odur. Sonra sizin dönüşünüz Onadır və etdiklərinizi sizə xəbər verəcək.
Ələsgər Musayev:
O - Odur ki, sizə vəfat bağışlayaır gecə ilə və bilir nə etdiyinizi gündüz ilə. Sonra O qaldırır sizi onda, təyin olmuş əcəlin gəlməsi üçün. Sonra Ona tərəfdir müraciətiniz, sonra O xəbər verəcək sizə nə ilə ki, oldunuz əməl edənlər.
A.Mehdiyev və D.Cəfərli:
Odur gecə sizin ruhunuzu alan, gündüz kəsb etdiyinizi bilən, sonra müəyyən (edilmiş) müddətin (ömür müddətinizin) başa çatması üçün sizi gündüz qaldıran! Sonra sizin qayıdışınız Ona tərəfdir. Həmin vaxt O, sizi əməllərinizdən xəbərdar edəcəkdir.
Kövsər Tağıyev:
O, gecə vaxtı sizi ölü kimi yuxuya daldıran və gündüz vaxtı qazandıqlarınızı bilən, sonra da müəyyən edilmiş əcəliniz tamamlanıncaya qədər gündüzləri sizi təkrar dirildəndir (oyandırandır). Sonra qayıdışınız yalnız Onadır. Sonra O, etdiklərinizi sizə xəbər verəcək.
M.Qənioğlu və T.Bilaloğlu:
Gecələr sizə ölüm kimi yuxu verən, gündüz isə nələr etdiyinizdən xəbər bilən Odur. Sonra sizi gündüz ayıldır ki, müəyyən olunmuş vaxt tamamlansın. Sonra siz Ona qayıdacaqsınız, sonra da O sizə əməlləriniz haqqında xəbər verəcəkdir.
Sabirə Dünyamalıyeva:
Və O, sizi gecə vəfat[#230] etdirən; keçmişdə nə etdiklərinizi, etməniz lazım olduğu halda etmədiklərinizi bir-bir yadınıza salan, gündüz əldə etdiyiniz şeyləri bilən, sonra adı qoyulmuş müddətin başa çatması üçün sizi qaldırandır. Sonra isə dönüşünüz ancaq Ona olacaq. Sonra O, sizin nə etdiklərinizi sizə xəbər verəcəkdir.