Əlixan Musayev:
Xalqının zadəganları dedilər: “Həqiqətən də, biz, səni açıq-aydın azğınlıq içində görürük!”
Bünyadov-Məmmədəliyev:
Tayfasının başçıları ona! “Biz səni (haqq yoldan) açıq-aydın azmış görürük!, - deyə cavab verdilər.
Elmir Quliyev
:
Знатные люди из его народа сказали: "Мы видим, что ты находишься в очевидном заблуждении".
Ələddin Sultanov:
Qövmünün başçıları isə: “Həqiqətən, biz səni açıq-aydın bir azğınlıq içində görürük!” - demişdilər.
Kerbelayi Malik ağa:
Qövmünün öndərləri: ‘Şübhəsiz ki, biz səni açıq-aşkar bir dəlalət içində görürük.’ dedilər.
Ələsgər Musayev:
Qoumundan böyükləri dedilər: «Həqiqətən, biz səni aşkar zəlalətdə görürük».
A.Mehdiyev və D.Cəfərli:
Qövmünün böyükləri və başçıları dedilər: «Həqiqətən, Biz səni açıq-aşkar bir zəlalətdə görürük».
Kövsər Tağıyev:
Qövmünün öndərləri: “Biz səni açıq-aşkar bir zəlalət içərisində görürük”, – dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Tayfasının başçıları dedilər: “Biz doğrudan da səni açıq-aşkar yolunu azmış görürük".
Sabirə Dünyamalıyeva:
Qövmünün başçıları, "Biz səni açıq-aşkar bir azğınlıq içində görürük" dedilər.