Tövbə Surəsi 60. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Zəkatlar Allah tərəfindən bir fərz olaraq yalnız yoxsullara, kasıblara, onu yığıb paylayanlara, qəlbləri (İslam dininə) isinişdiriləcək kimsələrə, kölələrin azad olunmasına, borclulara, Allah yolunda cihad edənlərə müsafirlərə məx-susdur. Allah Biləndir, Müdrikdir.
Bünyadov-Məmmədəliyev:
Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq yoxsullara, (ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən) miskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara (iman gətirib hələ kamil mömin olmayanlara), azad ediləcək kölələrə (və ya boynuna kəffarə düşüb verə bilməyənlərə), həmçinin (borcu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətəninə qayıda bilməyən müsafirlərə) məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
Elmir Quliyev :
Пожертвования предназначены для нищих и бедных, для тех, кто занимается их сбором и распределением, и для тех, чьи сердца хотят завоевать, для выкупа рабов, для должников, для расходов на пути Аллаха и для путников. Таково предписание Аллаха. Воистину, Аллах Знающий, Мудрый.
Ələddin Sultanov:
Sədəqələr (zəkatlar) Allah tərəfindən bir fərz olaraq ancaq yoxsullara, miskinlərə, (zəkat yığan) işçilərə, qəlbləri İslama isindiriləcək kimsələrə, (azad olmağa çalışan) kölələrə, borclulara, Allah yolunda olanlara yolda qalan yolçulara aiddir. Allah hər şeyi biləndir, hikmət sahibidir.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, sədəqə Allahdan bir fərz olaraq kasıblar miskinlər (yoxsullar) məmurlar (zəkat yığanlar) üçündür. Qəlbləri (İslama) isindiriləcək olanlara kölələrə borclulara Allah yolunda (olanlara) yolçulara aiddir. Allah biləndir, hökm sahibidir.
Ələsgər Musayev:
Həqiqətən, sədaqət fəqirlər üçün miskinlər onun üzərində əməl edənlərə onların qəlblərində ülfət yaratmağa kölə azad etməyə borclulara Allah yolunda yol oğluna fərz Allahdan. Allah Alimdir, Həkimdir!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən sədəqələr (malların canların zəkatı, səkkiz yerə sərf olunmalıdır, yəni) yoxsulların, miskinlərin (daha yoxsul olanların), onun (toplanması, qorunması paylanılması) icraçılarının, (kafirlərdən, yaxud əqidələri zəif olan müsəlmanlardan bəzilərini dinə cəlb etmək, ya onlardan döyüşdə istifadə etmək üçün) ürəklərinin ələ alınması lazım olan kəslərin, qulların (azad olunmasının), borcluların (borclarının ödənilməsinin), Allah yolundakı xərclərin (xeyiri ümumi olan hər hansı bir xeyir işin, xüsusilə cihadın) yolda (İslam müsəlmanların din dünyaları üçün lazım olan hər hansı bir hədəf yolunda) qalanlarındır. (Bu hökm,) Allah tərəfindən qəti bir vacibdir. Allah bilən hikmətlidir.
Kövsər Tağıyev:
Sədəqələr (zəkatlar) Allahdan bir fərz olaraq ancaq fəqirlər, miskinlər, zəkat toplayan məmurlar, qəlbləri İslama isinişdiriləsi olanlarla (azad olunacaq) kölələr, borclular, Allah yolunda cihad edənlər yolda qalmış yolçular üçündür. Allah haqqı ilə biləndir, hökm hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Sədəqələr kasıblara, miskinlərə, bu işdə çalışanlara, ürəkləri (islama) bağlanmaqda olanlara, kölələrin azad olunmasına, borc içərisində olanlara, Allah yolundakı işlərə yolçulara Allah tərəfindən müəyyən edilmiş bir fərzdir. Axı Allah hər şeyi biləndir hikmət sahibidir!
Sabirə Dünyamalıyeva:
Həqiqətən, Allah tərəfindən bir bölüşdürülmə/məcburi vəzifə olaraq sədəqələr/dövlətin gəlirləri gəlirləri ancaq kasıblar, miskinlər/yoxsullar, işsizlər, o işdə çalışanlar/dövlət işçiləri, qəlbləri İslam dininə isinişdiriləsi kimsələr, azadlığı olmayan kölələr, ağır borc altında olanlar, Allah yolunda olanlar [əsgərlər, tələbələr müəllimlər], yolda qalanlar üçündür. Allah, hər şeyi ən yaxşı biləndir ən yaxşı qanun qoyandır.