Yusif Surəsi 61. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar dedilər: “Ona görə atasını razı salmağa çalışarıq. Biz əlbəttə, (bunu) edərik”.
Bünyadov-Məmmədəliyev:
(Yusifin qardaşları) dedilər: “Ondan ötrü atasını yola gətirməyə çalışarıq sözsüz ki, (bunu) edərik”.
Elmir Quliyev :
Они сказали: "Мы постараемся уговорить его отца. Мы непременно сделаем это".
Ələddin Sultanov:
(Qardaşları) dedilər: “Onun (gəlməsi) üçün atasını razı salarıq. Biz (bunu) hökmən edəcəyik”.
Kerbelayi Malik ağa:
‘Onu atasından istəməyə çalışacağıq. Biz bunu mütləq edərik.’ dedilər.
Ələsgər Musayev:
Dedilər: «Biz onu atasından israrla istəyəcəyik həqiqətən, biz belə fəaliyyət edərik».
A.Mehdiyev və D.Cəfərli:
Dedilər: «Biz tezliklə onu bir yumşaqlıq hiylə ilə atasından istəyəcəyik biz bu işi mütləq edəcəyik».
Kövsər Tağıyev:
Dedilər ki: “Onu atasından istəyərik, mütləq bunu edərik”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər: "Onu atasından bir yolla alarıq, biz əlbəttə, belə edərik".
Sabirə Dünyamalıyeva:
Onlar: "Onu atasından istəməyə çalışarıq şübhəsiz biz həqiqətən [bunu] edərik" dedilər.