Əlixan Musayev:
Hər ikisi o dənizlərin qovuşduğu yerə gəlib çatdıqda (özləri ilə götürdükləri) balığı unutdular. Balıq isə dənizdə suyun altı ilə yol alıb getdi.
Bünyadov-Məmmədəliyev:
Onlar iki dənizin qovuşduğu yerə gəlib çatdıqda (yeməyə götürdükləri) balığı unutmuşdular, balıq isə (dirilib suya atılmış) dənizdə bir yarğana tərəf üz tutmuşdu.
Elmir Quliyev
:
Когда они дошли до места их слияния, они забыли свою рыбу, и она двинулась в путь по морю, словно по подземному ходу.
Ələddin Sultanov:
Onlar iki dənizin qovuşduğu yerə çatdıqları zaman balığı unutmuşdular. Həmin balıq isə dənizə girib gözdən itmişdi. (Rəvayətə görə, Həzrət Musa özündən daha elmli olan Xızır ilə görüşmək üçün Yuşa ibn Nun ilə səfərə çıxmışdı. Yanlarında da ölü bir balıq vardı. Musa peyğəmbərə bildirilmişdi ki, bu balığın canlanıb dənizə girəcəyi yer, məhz Xızır ilə görüşməli olduğu yerdir.)
Kerbelayi Malik ağa:
Beləliklə ikisinin (iki dənizin) birləşdiyi yerə çatdıqları zaman ikisi də balığı unutdu. O zaman (balıq) dənizin içinə doğru öz yolunu tutdu.
Ələsgər Musayev:
Amma elə ki, iki dəryanın qovuşduğu yerə
yetişdilər, balığı unutdular və o, dəryaya tərəf yolunu tutub
getdi.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, iki dənizin qovuşduğu yerə çatanda,(yemək üçün götürdükləri) balıqlarını unutdular. (Dənizin dalğasının toxunduğu) o balıq (Yuşənin yanında) dənizdə sualtı hərəkətlə öz yolunu tutub getdi.
Kövsər Tağıyev:
Onlar iki dənizin qovuşduğu yerə çatdıqda balıqlarını yaddan çıxartdılar. Balıq isə dənizdə yolunu tutub getdi.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar qovşağa çatanda (xatırladılar ki, yemək üçün götürəcəkləri) balığı yaddan çıxarıblar. Balıq isə dənizdə suyun altı ilə yol alıb gedib.
Sabirə Dünyamalıyeva:
Beləliklə, "iki alim adamın yığışdığı yerə" çatanda ikisi də böhranlarından/çətinliklərindən xilas oldu. O zaman böhran/çətinlik, alim adamın köməyi ilə yox olub getdi.