Əlixan Musayev:
(Bu Cənnət) ər-Rəhmanın Öz qullarına vəd etdiyi və onların görmədikləri Ədn bağlarıdır. Onun vədi mütləq yerinə yetəcəkdir.
Bünyadov-Məmmədəliyev:
Rəhmanın (Allahın) Öz bəndələrinə vəd etdiyi və onların görmədiyi Ədn cənnətlərinə. Onun vədi mütləq yerinə yetəcəkdir.
Elmir Quliyev
:
Это будут сады Эдема, обещанные Милостивым Его рабам, которые не видели их воочию. Воистину, обещание Его исполнится.
Ələddin Sultanov:
Görmədikləri halda Rəhmanın Öz bəndələrinə vəd etdiyi Ədn cənnətlərinə (girəcəklər). Həqiqətən, Onun vədi gerçəkləşəcəkdir.
Kerbelayi Malik ağa:
Adn cənnətləri ki, onları Rəhman qullarına qeybdən (görmədikləri halda) vəd etdi. Şübhəsiz ki, o, Allahın vədidir, yerinə gələcəkdir.
Ələsgər Musayev:
Ədn
cənnəti, hansı ki, vəd verib Rəhman bəndələrinə qeyb ilə.
Həqiqətən, Onun vədi yerinə yetəcək!
A.Mehdiyev və D.Cəfərli:
Rəhman olan Allahın, bəndələrinə görmədən (və ixtiyarlarından xaric halda) vəd etdiyi əbədi (Cənnət) bağlar(ına). Şübhəsiz, Onun vədi yerinə yetəndir.
Kövsər Tağıyev:
Onlar cənnətə, Rəhmanın qeybdən qullarına vəd etdiyi Ədn cənnətlərinə daxil olacaqlar və heç bir haqsızlığa məruz qalmayacaqlar. Şübhəsiz, Onun vədi mütləq yerinə yetər.
M.Qənioğlu və T.Bilaloğlu:
O Ədn [cənnət] bağlarına (daxil olacaqlar) ki, mərhəmətli Allah onu qeybdə Öz bəndələrinə vəd etmişdi. Onun vədi yerinə yetəndir.
Sabirə Dünyamalıyeva:
Rəhmanın [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahın] bəndələrinə -görmədikləri halda- vəd etdiyi və onların görmədiyi Ədn cənnətlərinə daxil olacaqlar və qətiyyən haqsızlığa məruz qalmayacaqlar. Şübhəsiz ki, Onun vədi mütləq yerinə yetəcəkdir.