Əlixan Musayev:
Bu belədir. Çünki Allah gecəni gündüzə, gündüzü də gecəyə qatır. Allah Eşidəndir, Görəndir.
Bünyadov-Məmmədəliyev:
Bu belədir. (Allah zalıma qarşı, zalımın zülmündən xilas olmaq üçün məzluma kömək edər, çünki O, hər şeyə qadirdir). Necə ki, Allah gecəni gündüzə, gündüzü də gecəyə qatar. (Allah bəndələrinin mənafeyi naminə bəzən insanlar daha çox ruzi qazana bilsinlər deyə, gündüzü qısaldıb gecəni uzadar). Allah (hər şeyi) eşidəndir, görəndir!
Elmir Quliyev
:
Это потому, что Аллах удлиняет день за счет ночи и удлиняет ночь за счет дня, а также потому, что Аллах — Слышащий, Видящий.
Ələddin Sultanov:
Bu ona görədir ki, Allah gecəni gündüzə, gündüzü də gecəyə qatar. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, görəndir.
Kerbelayi Malik ağa:
Bu belədir, çünki gecəni gündüzlə və gündüzü də gecəylə əvəz edər. Şübhəsiz ki, Allah ən yaxşı eşidən, ən yaxşı görəndir.
Ələsgər Musayev:
Budur! Həqiqətən, Allah cövlan edir
gecəni gündüzdə və cövlan edir gündüzü gecədə. Həqiqətən,
Allah Səmidir, Bəsirdir!
A.Mehdiyev və D.Cəfərli:
Bu, (zalımın müqabilində məzluma kömək etmək) ona görədir ki, Allah (yaradılış aləmində hər növ qələbəyə qadirdir,) gecəni (hər yeri bürüməsi üçün) gündüzə daxil və qalib edir və (hər yerin işıqlı olması üçün) gündüzü gecəyə qalib edir (və ya bir fəsildə gecənin bir hissəsini gündüzə, digər bir fəsildə isə gündüzün bir hissəsini gecəyə daxil edir). Və (bu kömək həm də) ona görədir ki, Allah (məzlumlarla zalımların hallarını) eşidən və görəndir.
Kövsər Tağıyev:
Bu belədir. Çünki Allah gecəni gündüzə, gündüzü də gecəyə qatar. Həqiqətən, Allah haqqı ilə eşidəndir, haqqı ilə görəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Belə! Çünki Allah gecəni tədricən gündüzün içərisinə, gündüzü də gecənin içərisinə daxil etmək (qüdrətindədir). Allah hər şeyi eşidəndir, görəndir.
Sabirə Dünyamalıyeva:
Bu, şübhəsiz ki, Allahın gecəni gündüzün içinə daxil etməsi, gündüzü də gecənin içinə daxil etməsi səbəbindəndir. Şübhəsiz ki, Allah, çox yaxşı eşidəndir, çox yaxşı görəndir.