Əlixan Musayev:
Yeri məskən edən, arasından çaylar axıdan, üzərində möhkəm duran dağlar yaradan və iki dənizin arasında maneə qoyan kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Xeyr, onların əksəriyyəti (bunu) bilmirlər.
Bünyadov-Məmmədəliyev:
(Bütlər yaxşıdır) yoxsa yeri (sizin üçün) məskən yaradıb ortasında çaylar axıdan, üzərində (titrəməsin deyə) möhkəm durmuş dağlar bərqərar edən və (şirin və şor suları bir-birinə qarışmasın deyə) iki dənizin arasında maneə qoyan kimsə?! Məgər Allahla yanaşı başqa bir tanrımı var?! Lakin (müşriklərin) əksəriyyəti (Allahın vəhdaniyyətini, Onun nə qədər əzəmətli olduğunu) bilmirlər!
Elmir Quliyev
:
Кто сделал землю жилищем, проложил по ее расщелинам реки, воздвиг на ней незыблемые горы и установил преграду между морями? Есть ли бог, кроме Аллаха? Нет, но большинство их не знает этого.
Ələddin Sultanov:
(Şərik qoşduqları daha xeyirlidir,) yoxsa yeri yaşamaq üçün əlverişli hala salan, orada çaylar axıdan, onun üçün möhkəm dağlar yaradan və iki dənizin arasında maneə qoyan?! Allahla yanaşı başqa bir ilah varmı?! Xeyr, onların çoxu bilmir.
Kerbelayi Malik ağa:
Yoxsa yeri məskən edən və yer üzündə çaylar axıdan və orada (sabit) dağlar və iki dəniz arasında maneə yaradanmı? Allah ilə bərabər bir (başqa) ilahmı? Xeyr, onların çoxu bilməzlər.
Ələsgər Musayev:
Yoxsa kim ki, etdi ərzi qərargah və etdi onda nəhrlər və etdi onun üçün möhkəm dağlar və etdi iki dəryanın arasında maneə? Ə, Allahla yanaşı Ilahimi var? Bəli, onların əksəriyyəti bilməzlər!
A.Mehdiyev və D.Cəfərli:
(O şəriklərmi yaxşıdır,) yoxsa yeri (insanlar üçün) sabit və aram edən və onun aralanan yerlərindən çaylar axıdan sabit və möhkəm dağlar yaradan, iki dənizin arasında maneə qoyan kəs?! (Dənizə oxşar olan çayların dənizlə kəsişdiyi yerdə, geniş bir ərazidə şirin su ilə duzlu su arasında bir divar yaratdı ki, bir-birləri ilə qarışmasınlar)? Məgər tək olan Allahla yanaşı başqa bir tanrımı var?! (Xeyr) Onların əksəriyyəti bilmirlər.
Kövsər Tağıyev:
Yaxud yer üzünü qərar tutma yeri olaraq yaradan, içində çaylar axıdan, onun üçün sabit dağlar yaradan və iki dənizin arasına bir maneə qoyan? Allah ilə yanaşı başqa bir ilahmı var? Xeyr, onların çoxu bilmir.
M.Qənioğlu və T.Bilaloğlu:
(Onlar yaxşıdır), yoxsa yeri üzərində qərar tutmaq üçün möhkəm edən, onun üstündə çaylar açan, (yer sabit dursun deyə) onun üçün lövbər olan dağlar yaradan və iki dəniz arasında sədd quran (Allah)? Məgər Allahla yanaşı başqa bir tanrı da var? Onların çoxu isə bilmir.
Sabirə Dünyamalıyeva:
Onların şərik qoşduqları şeylərmi xeyirlidir, yoxsa yer üzünü sığınacaq edən, aralarında çaylar əmələ gətirən, onun üçün möhkəm dağlar qoyan və iki dənizin arasında maneə qoyanmı? Allahla yanaşı başqa bir məbudmu var! Tamamilə əksinə, onların çoxu bilmirlər.