Əlixan Musayev:
Onlara: “Allahın nazil etdiyinə və Elçisinə tərəf gəlin!”– deyildikdə, münafiqlərin səndən nifrətlə üz çevirdik-lərini görürsən.
Bünyadov-Məmmədəliyev:
Onlara: “Allahın nazil etdiyinə (Qurana) və Peyğəmbərə tərəf gəlin!” – deyildiyi zaman, münafiqlərin səndən büsbütün üz döndərdiklərini görərsən.
Elmir Quliyev
:
Когда им говорят: "Придите к тому, что ниспослал Аллах, и к Посланнику", — ты видишь, как лицемеры стремительно отворачиваются от тебя.
Ələddin Sultanov:
Onlara: “(Aranızda hökm verilməsi üçün) Allahın nazil etdiyinə (Qurana) və Peyğəmbərə gəlin!” - deyildiyi zaman münafiqlərin səndən tamamilə üz döndərdiklərini görərsən.
Kerbelayi Malik ağa:
Onlara: ‘Allahın endirdiyinə (Qurana) və Rəsula tərəf gəlin.’ deyildiyi zaman münafiqlərin səndən üz çevirərək ayrıldıqlarını görərsən.
Ələsgər Musayev:
Onda ki, deyildi
onlar üçün: «Gəlin tərəfinə nə ki, nazil etdi Allah və tərəfinə
rəsulun!» - görərsən münafiqləri sədd çəkirlər səndən sədd
çəkməklə.
A.Mehdiyev və D.Cəfərli:
Onlara «Allahın nazil etdiyinə və Onun peyğəmbərinə tərəf gəlin» deyildikdə, münafiqlərin səndən tam üz döndərmələrini və başqalarını da saxlamalarını görərsən.
Kövsər Tağıyev:
Münafiqlərə: “Allahın endirdiyinə (Qur`ana) və Peyğəmbərə gəlin”, – deyildiyi zaman onların səndən tamamilə uzaqlaşdıqlarını görərsən.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlara: "Allahın nazil etdiyinə və peyğəmbərə tərəf gəlin!“ - dedikdə, münafiqlərin səndən necə üz döndərdiklərini görərsən.
Sabirə Dünyamalıyeva:
Və onlara: "Allahın nazil etdiyinə və Elçiyə tərəf gəlin!" deyildikdə, o münafiqlərin səndən uzaqlaşdıqca uzaqlaşdıqlarını görərsən.