Zuxruf Surəsi 61. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həqiqətən, (İsanın yer üzünə enməsi) Saatın (yaxınlaşmasının) əlamətidir. (Qiyamətə) şəkk etməyin Mənə tabe olun. Budur, düz yol!
Bünyadov-Məmmədəliyev:
Şübhəsiz ki, o, (İsanın zühuru) qiyamət saatı üçün bir əlamətdir. Ona (qiyamətə) şəkk etməyin Mənə tabe olun. Bu, doğru yoldur!
Elmir Quliyev :
Воистину, он (Иса, или Коран, или Мухаммад) является признаком Часа. Ничуть не сомневайтесь в нем (Часе) и следуйте за Мной! Это прямой путь.
Ələddin Sultanov:
Həqiqətən, o (İsa), qiyamət vaxtını bildirən bir əlamətdir. Ona görə əsla ondan şübhə etməyin Mənə tabe olun! Doğru yol budur. (Bəzi təfsirçilərə görə, bu ayədə Həzrət İsanın qiyamət üçün bir əlamət olduğu ifadə edilərək axırzamanda onun təkrar dünyaya qayıdacağına işarə edilmişdir.)
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, O (İsanın zühuru) qiyamət saatı üçün bir bilgidir (əlamətdir). Elə isə ondan əsla şübhə etməyin! Mənə (Allaha) tabe olun! Bu Sirati Müstəqimdir.
Ələsgər Musayev:
Həqiqətən, o, elmdir saat üçün onunla şübhəli olmayın tabe olun Mənə! Bu, düz yoldur!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən o (dünyaya gəlməsinin necəliyi, möcüzələri ömrünün sonunda göydən yerə enməsi baxımından) Qiyamət elmi üçün bir nişanədir. Buna görə ona (həmin günə) şübhə etməyin Mənə (Mənim din kitabıma) tabe olun ki, doğru yol budur.
Kövsər Tağıyev:
Şübhəsiz, o, qiyamətin (qopacağının) elmidir. Artıq onun haqqında əsla şübhə etməyin, mənə tabe olun, bu, doğru bir yoldur.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən İsa qiyamətin olacağı üçün bir əlamətdir, buna [qiyamətə] şübhə etməyin Mənim əmrimə tabe olun! Budur doğru yol!
Sabirə Dünyamalıyeva:
şübhəsiz ki, sənə vəhy edilən [Quran], o qiyamətin qopması haqqında qəti bir nişanədir: "Əsla qiyamətin qopması haqqında şübhəyə düşməyin mənə tabe olun. Bu, doğru yoldur.