Ənam Surəsi 61. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Qullara aid (hər şeyə) Qadir olan da Odur. O sizə gözətçi (mələklər) göndərir. Nəhayət sizlərdən birinə ölüm gəldiyi zaman elçilərimiz (mələklər) onun canını alırlar heç bir səhvə yol vermirlər.
Bünyadov-Məmmədəliyev:
(Allah) Öz bəndələri üzərində hakimi-mütləqdir. O sizə (yaxşı pis əməllərinizi yazan, sizi Şeytandan qoruyan) gözətçi mələklər göndərir. Nəhayət, birinizin əcəli gəlib çatdıqda onun canını (göndərdiyimiz) mələklər alar. Onlar (öz vəzifələrində) heç bir əyər-əskikliyə yol verməzlər!
Elmir Quliyev :
Он Одолевающий и находится над Своими рабами. Он посылает к вам хранителей. Когда же к кому-нибудь из вас приходит смерть, Наши посланцы умерщвляют его, и они не делают упущений.
Ələddin Sultanov:
O (Allah), bəndələri üzərində tam hakimiyyət sahibidir. O sizə gözətçi mələklər göndərir. Nəhayət, birinizin ölümü çatdığı zaman mələklərimiz onun canını alar. Onlar (öz işlərində) heç bir nöqsana yol verməzlər.
Kerbelayi Malik ağa:
O, qullarının üstündə Qəhhardır (qüvvət güc sahibidir). Üzərinizə mühafizə edici (qoruyucu) göndərər. Sizdən birinizə ölüm gəldiyi zaman onu rəsullarımız vəfat etdirər. Onlar (bunu edərkən) qüsur etməzlər.
Ələsgər Musayev:
O Hakimi -mütləqdir üzərində bəndələrinin göndərir üzərinizə hifz edənləri. Ta onda ki, gəldi sizin birinizə ölüm, Bizim rəsullarımız ona vəfat bağışlar onlar ifrata varmazlar.
A.Mehdiyev və D.Cəfərli:
Odur bəndələri üzərində qalib hakim! Sizin (cism ruhunuzu qorumaq üçün) üzərinizə gözətçilər göndərir, nəhayət sizdən birinizin ölümü yetişəndə, Bizim elçilərimiz (Əzrail köməkçiləri) onun canını alırlar. Onlar (həmin can alan mələklər öz vəzifələrini yerinə yetirməkdə) əsla səhlənkarlıq etməzlər.
Kövsər Tağıyev:
O, qulları üzərində mütləq hakimiyyət sahibidir. Üzərinizə qoruyucu mələklər göndərir. Nəhayət, birinizə ölüm yetişdiyi vaxt (vəzifələndirilmiş) elçilərimiz onun canını alar onlar vəzifələrində qətiyyən nöqsana yer verməzlər.
M.Qənioğlu və T.Bilaloğlu:
O, Öz bəndələri üzərində hakimdir. Sizin üzərinizə haqq-hesab yazan mələklər göndərir ki, birinizə ölüm gələrsə, bu elçilərimiz heç nəyi unutmadan onun canını alsınlar.
Sabirə Dünyamalıyeva:
Allah, qulları üzərində hökmranlığına davam edər O, sizin üstünüzə mühafizəçilər göndərər. Sonra da sizdən birinizə ölüm gəldiyi vaxt, elçilərimiz heç bir artıq-əskikliyə yol vermədən onu vəfat etdirər;