Əlixan Musayev:
Əgər onlar sülhə meyl etsələr, sən də ona meyl et və Allaha təvəkkül et! Həqiqətən, O, Eşidəndir, Biləndir.
Bünyadov-Məmmədəliyev:
Əgər onlar sülhə (barışığa) meyl etsələr, sən də sülhə meyl et və Allaha bel bağla. Həqiqətən, O (Allah hamınızın sözlərini) eşidəndir, (niyyətlərinizi) biləndir!
Elmir Quliyev
:
Если они склоняются к миру, ты тоже склоняйся к миру и уповай на Аллаха. Воистину, Он — Слышащий, Знающий.
Ələddin Sultanov:
Əgər onlar sülhə yönəlsələr, sən də sülhə yönəl və Allaha təvəkkül et! Şübhəsiz ki, O eşidəndir, biləndir.
Kerbelayi Malik ağa:
Əgər təslimə (barışa) meyl etsələr, o zaman (sən də) ona meyl et (onların təklifini qəbul et) və Allaha təvəkkül et. Şübhəsiz ki, O, ən yaxşı eşidən, ən yaxşı biləndir.
Ələsgər Musayev:
Əgər onlar təslim olmağa yönəlsələr, sən də ona yönəl və Allaha təvəkkül et. Həqiqətən, O Səmidir, Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
Əgər onlar sülh və barışığa meyl göstərsələr, sən də ona meyl et və Allaha təvəkkül et ki, şübhəsiz, Odur eşidən və bilən!
Kövsər Tağıyev:
Əgər onlar sülhə yanaşsalar, sən də ona yanaş və Allaha təvəkkül et. Çünki O, haqqı ilə eşidəndir, haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər onlar sülhə meyl edərlərsə, sən də ona meyl et və Allaha təvəkkül et! Həqiqətən də O, eşidəndir, hər şeyi biləndir!
Sabirə Dünyamalıyeva:
Və əgər onlar sülh üçün yaxınlaşsalar, sən də sülhə yaxınlaş! Və işin nəticəsini Allaha tapşır. Şübhəsiz ki, Allah, ən yaxşı eşidən, ən yaxşı biləndir.