Əlixan Musayev:
Onlardan elələri də var ki, Peyğəmbərə əziyyət verib: “(O) (hər sözü eşidən) bir qulaqdır!” deyirlər. De: “O, sizin üçün ancaq xeyirli sözlər eşidir. O, Allaha iman gətirir, möminlərə də inanır. O, sizlərdən iman gətirənlər üçün bir rəhmətdir”. Allahın Elçisinə əziyyət verənlər üçün isə üzücü bir əzab vardır.
Bünyadov-Məmmədəliyev:
(Münafiqlər içində) Peyğəmbəri incidib: “O (hamını dinləyən, hər sözü eşidib inanan) bir qulaqdır”, - deyənlər də var. De: “O qulaq sizin üçün bir nemətdir. Allaha da inanır, möminlərə də. O sizdən iman gətirənlər üçün rəhmətdir. Allahın Rəsuluna əzab verənləri isə şiddətli bir əzab gözləyir!”
Elmir Quliyev
:
Среди них есть такие, которые обижают Пророка и говорят: "Он есть ухо (выслушивает любые новости)". Скажи: "Он слушает только то, что лучше для вас. Он верует в Аллаха и доверяет верующим. Он является милостью для тех, которые уверовали". Тем же, которые обижают Посланника Аллаха, уготованы мучительные страдания.
Ələddin Sultanov:
Onların (münafiqlərin) arasında: “O, hər deyilənə qulaq asandır!” - deyərək Peyğəmbəri incidənlər də var. De ki: “O, sizin üçün xeyirli olana qulaq asandır. O, Allaha iman gətirir, möminlərə inanır və O, sizdən iman gətirənlər üçün bir rəhmətdir”. Allahın Peyğəmbərinə əziyyət verən kimsələr üçün acı bir əzab vardır.
Kerbelayi Malik ağa:
Onlardan nəbiyə əziyyət edən kəslər: ‘O bir qulaq kimidir, (hər deyiləni dinləyər, inanar).’ deyirlər. De ki: ‘O, sizin üçün xeyirin qulağıdır (sözünüzü eşidər, qəbul edər, bilməməsindən deyil, sizi təkzib etməməsinə görə xeyirin qulağıdır). Allaha və möminlərə inanar. Sizdən amənu olanlar üçün bir rəhmətdir. Allahın Rəsuluna əziyyət edənlərə (Ona yaraşmayan söz söyləyənlərə, irad tutanlara) ağrılı-acılı bir əzab vardır.’
Ələsgər Musayev:
Onlardan o kəslər ki, əziyyət verirlər nəbiyə
və deyirlər: «O – qulaqdır ». De: «Qulaq sizin üçün xeyirdir!»
Inanır Allah ilə və inanır möminlər üçün və rəhmətdir sizdən o
kəslərə ki, inanırlar. O kəslər ki, Allahın rəsuluna əziyyət
verirlər, onlar üçün ələmli əzab var!
A.Mehdiyev və D.Cəfərli:
Onların bəziləri Peyğəmbəri incidir və «o (başdan-başa) qulaqdır (hər bir kəsin sözünü qəbul edir)!» deyirlər. De: «O, sizin üçün yaxşı bir qulaqdır, (bütün danışıqlarında) Allahı təsdiqləyir, möminlərə etimad göstərir və sizdən iman gətirənlər üçün bir rəhmətdir». Allahın Peyğəmbərini incidən kəslər üçün ağrılı bir əzab olacaqdır.
Kövsər Tağıyev:
Yenə onlardan peyğəmbəri incidən və: “O, (hər deyiləni eşidən) bir qulaqdır” deyən kimsələr də var. De ki: “O sizin üçün bir xeyir qulağıdır ki, Allaha inanır, möminlərə inanır (güvənir). Sizdən inanan kimsələr üçün bir rəhmətdir. Allahın rəsulunu incidənlər üçün isə ağrılı-acılı bir əzab var”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onların içərisində peyğəmbəri incidərək: "O, qulaqdır" - deyənlər də vardır. De: "O, sizin üçün xeyirli bir qulaqdır. O, Allaha da inanır, möminlərə də inanır [güvənir]. O, sizlərdən iman gətirənlərə bir mərhəmətdir". Allahın peyğəmbərini incidənlərə üzücü əzab vardır.
Sabirə Dünyamalıyeva:
Yenə onlardan bəziləri, Peyğəmbəri incidən və "O, özünə deyilən hər şeyi dinləyib təsdiq edən biridir!" deyən kimsələrdir. De ki: "Sizin üçün bir xeyir qulağıdır; Allaha inanır, möminlərə inanır və sizdən iman edənlər üçün də bir rəhmətdir." Və Allahın Elçisini incidən kəslər üçün ağrılı-acılı bir əzab var.