Əlixan Musayev:
O, öz xidmətçilərinə dedi: “Onların (taxıl əvəzinə) ödədikləri mallarını da yüklərinin içinə qoyun ki, ailələrinin yanına döndükdə onu başa düşsünlər və ola bilsin ki, qayıtsınlar”.
Bünyadov-Məmmədəliyev:
(Yusif) xidmətçilərinə dedi: “Onların (ərzaq əvəzinə verdikləri) mallarını da (xəlvətcə) yüklərinin içinə qoyun. Bəlkə, ailələrinə döndükdə onu (mallarının geri qaytarıldığını) başa düşsünlər və ola bilsin ki, (yenidən ərzaq almaq üçün bir daha yanımıza) qayıtsınlar!”
Elmir Quliyev
:
Он велел своим слугам: "Положите их деньги во вьюки, чтобы они узнали о них, когда возвратятся к своим семьям. Быть может, они вернутся".
Ələddin Sultanov:
Yusif qulluğundakı cavanlara dedi: “Onların (mübadilə üçün gətirdikləri) mallarını yüklərinin arasına qoyun! Ola bilsin ki, ailələrinin yanına qayıtdıqları zaman bunu başa düşər və geri qayıdarlar”.
Kerbelayi Malik ağa:
Xidmətçi gənclərə belə dedi: ‘Onların sərmayələrini yüklərinin içinə qoyun (geri verin). Ola bilsin ki, onlar ailələrinə geri döndükləri zaman onu başa düşərlər, beləcə geri qayıdarlar.’
Ələsgər Musayev:
Öz
xidmətçilərinə dedi: «Onların mallarını yüklərinə qoyun. Ola
ki, ailələrinin yanına qayıdarkən başa düşsünlər. Ola ki,
qayıtsınlar!»
A.Mehdiyev və D.Cəfərli:
Və öz(ünün çəki işi ilə məşğul olan) qullarına dedi: «Onların (ərzaq almaq üçün gətirdikləri) sərmayələrini yüklərinin arasına qoyun, bəlkə ailələrinin yanına qayıtdıqda onu tanıdılar və ola bilsin ki, (yenidən) qayıtdılar.»
Kövsər Tağıyev:
Yusuf adamlarına dedi ki: “Onların ərzaq əvəzində ödədiklərini də yüklərinin içinə qoyun. Bəlkə ailələrinin yanına döndükləri zaman onu başa düşərlər, bəlkə yenə qayıdıb gələrlər”.
M.Qənioğlu və T.Bilaloğlu:
O, öz xidmətçilərinə dedi: "Onların (gətirdikləri) mallarını da (xəlvətcə) çuvallarına qoyun ki, ailələrinin yanına qayıtdıqda bəlkə bunu görüb birdə yanımıza dönələr".
Sabirə Dünyamalıyeva:
Və Yusif məmurlarına: "Ailələrinin yanına qayıtdıqda fərqinə varsınlar və yenə gəlsinlər deyə, sərmayələrini yüklərinin içinə qoyun!" dedi.