Əlixan Musayev:
(İblis) dedi: “Məndən üstün tutduğuna bir bax! Əgər Qiyamət gününə qədər mənə möhlət versən, az bir qismindən başqa onun (bütün) nəslini özümə ram edəcəyəm”.
Bünyadov-Məmmədəliyev:
(İblis) həmçinin: “(Pərvərdigara!) Bir de görək (məni oddan, bu Adəmi torpaqdan yaratdığın halda) nə üçün onu məndən üstün tutdun? Əgər (məni öldürməyib) qiyamət gününə qədər mənə möhlət versən, az bir qismi istisna olmaqla, onun nəslini öz hökmüm altına alaram (və ya yoldan çıxarıb kökünü kəsərəm)”.
Elmir Quliyev
:
Иблис сказал: "Видел ли Ты, кому Ты отдал предпочтение предо мною. Если ты дашь мне отсрочку до Последнего дня, то я покорю его потомство, за исключением немногих".
Ələddin Sultanov:
(Sonra) belə dedi: “Məndən üstün tutduğuna bir bax! Əgər qiyamət gününə qədər mənə möhlət versən, az bir qismi istisna olmaqla onun nəslini mütləq özümə tabe edəcəyəm!”
Kerbelayi Malik ağa:
(İblis) dedi ki: ‘Sənin fikirinə görə məndən daha mükərrəm (ikram edilmiş, şərəfli) etdiyin kimsə bumu? Əgər mənə qiyamət gününə qədər möhlət versən onun nəslindən çox azı xaric, mütləq özümə tabe edəcəyəm.’
Ələsgər Musayev:
Dedi: «Ə, görürsənmi, bu, odur ki, mənim üzərimdə kəramətli
etdin? Əgər mənə qiyamət gününə qədər möhlət versən, ancaq
az bir qismindən başqa onun zürriyyətini özümə tabe edərəm».
A.Mehdiyev və D.Cəfərli:
(Sonra) dedi: «Mənə de (görüm): Məndən üstün və şərafətli etdiyin bu kəs (nə üçün belə olmuşdur)? And olsun ki, əgər mənə (onun nəslinin həyatının sonu olan) Qiyamət gününədək möhlət versən, onun az bir qismi istisna olmaqla bütün övladlarına cilov vuracağam (və doğru yoldan azdıracağam).»
Kövsər Tağıyev:
Yenə demişdi ki: “Söylə, budurmu məndən üstün tutduğun kəs? And olsun, əgər qiyamətə qədər mənə möhlət versən, onun soyunu – çox azı istisna olmaqla – (azdıraraq) öz hökmüm altına alacağam”.
M.Qənioğlu və T.Bilaloğlu:
iblis dedi: "De görüm, məndən üstün tutduğun kəs budurmu? Əgər qiyamət gününə qədər Sən mənə möhlət versən, az bir qismindən başqa onun bütün nəslini yoldan çıxarıb məhv edərəm."
Sabirə Dünyamalıyeva:
İblis dedi ki: "Məndən üstün tutduğun bu adamı gördünmü? And içirəm ki, əgər mənə qiyamət gününə qədər möhlət versən, az bir qismi istisna olmaqla, onun nəslini öz buyruğum altına alacağam."