Məryəm Surəsi 62. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar orada boş sözlər deyil, ancaq: “Salam!” eşidəcəklər. Orada səhər-axşam onların ruzisi olacaqdır.
Bünyadov-Məmmədəliyev:
Onlar orada boş (lağlağı) söhbətlər deyil, (mələklərdən bir-birindən) ancaq: “Salam!” eşidərlər. Ruziləri səhər-axşam (həmişə) oradadır.
Elmir Quliyev :
Они не услышат там празднословия, но услышат приветствие миром. Для них там приготовлен их удел утром и после полудня.
Ələddin Sultanov:
Onlar orada boş sözlər deyil, ancaq “Salam!” eşidərlər. Onların orada səhər-axşam ruziləri (daim) vardır.
Kerbelayi Malik ağa:
Orada boş söz eşidilməz, sadəcə ’salam’ eşidərlər orada onların səhər axşam ruziləri vardır.
Ələsgər Musayev:
Eşitməzlər orada lağlağı, ancaq: «Salam!» Onlar üçün ruziləri oradadır səhər axşam.
A.Mehdiyev və D.Cəfərli:
Onlar orada (mələklərdən bir-birlərindən) salamdan başqa əsla boş puç bir söz eşitməzlər orada ruziləri onlar üçün səhər-axşam (hazır)dır.
Kövsər Tağıyev:
Orada boş söz eşitməzlər. Yalnız (mələklərin) “Salam!” (deməyini) eşidərlər. Orada səhər axşam ruziləri var.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar orada boş sözlər yox, ancaq salam eşidəcəklər. Onların orada səhər-axşam ruzisi olacaqdır.
Sabirə Dünyamalıyeva:
Onlar orada boş bir söz eşitməzlər. Ancaq "Salam [sağlıq, salamatlıq, xoşbəxtlik]!" eşidərlər. Orada onlar üçün həmişə ruziləri da var.