Əlixan Musayev:
Biz hər kəsi yalnız qüvvəsi çatdığı qədər yükləyirik. Dərgahımızda haqqı deyən bir Kitab vardır. Onlara zülm olunmaz.
Bünyadov-Məmmədəliyev:
Biz heç kəsi gücü çatmayan işi görməyə vadar etmərik. (Hər kəsi yalnız qüvvəsi çatdığı qədər yükləyərik. Namazı ayaq üstə qıla bilməyən oturub qıla bilər. Xəstəliyinə, zəifliyinə görə oruc tuta bilməyən yeyə bilər). Bizdə haqqı söyləyən bir Kitab vardır. Onlara (haqsız yerə əsla) zülm olunmaz.
Elmir Quliyev
:
Мы не возлагаем на человека сверх его возможностей. У Нас есть Писание, которое глаголет истину, и с ними не поступят несправедливо.
Ələddin Sultanov:
Biz heç kəsi gücünün çatmadığı bir şeydən məsul tutmarıq. Bizim dərgahımızda haqqı söyləyən bir kitab vardır. Onlara heç bir haqsızlıq edilməz.
Kerbelayi Malik ağa:
Heç kimsəni gücündən artığı ilə yükləmərik. Dərgahımızda haqqı söyləyən bir kitab vardır. Onlara zülm edilməz.
Ələsgər Musayev:
Biz nəfsi ancaq onun gücünə görə yükləyirik və Bizim
yanımızda kitab var, hansı ki, haqqi söyləyir və onlara zülm
olunmayacaq.
A.Mehdiyev və D.Cəfərli:
Biz heç bir kəsə (iman və əməl mərhələlərində) qüdrətindən artıq vəzifə təyin etmirik. Bizim yanımızda (Lövhi-Məhfuz və ya hər bir bəndənin əməl dəftəri adlı) haqq danışan (və əməllərin xırdalıqlarını dəqiqliklə açıqlayan) bir kitab vardır. Onlar (cəza günü) zülmə və mükafatın kəsilməsinə məruz qalmazlar.
Kövsər Tağıyev:
Biz heç kimə gücünün yetdiyindən artıq yük yükləmərik. Bizim qatımızda haqqı söyləyən bir kitab var. Onlara zülm və haqsızlıq olunmaz.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz heç kəsi qüvvəsindən artıq yükləmərik. Bizdə haqq deyən Kitab vardır. Onlara haqsızlıq edilməz.
Sabirə Dünyamalıyeva:
Və Biz heç kimə, gücünün çatdığından başqasını, imkanının xaricindəki bir şeyi yükləmərik. Yanımızda, haqqı danışan bir kitab var və onlar, haqsızlığa uğramaz.