Əlixan Musayev:
Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz?
Bünyadov-Məmmədəliyev:
(Bütlər yaxşıdır) yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimsə? Məgər Allahla yanaşı başqa bir tanrımı var? Siz nə az düşünüb danışırsınız?
Elmir Quliyev
:
Кто отвечает на мольбу нуждающегося, когда он взывает к Нему, устраняет зло и делает вас наследниками земли? Есть ли бог, кроме Аллаха? Мало же вы поминаете назидания!
Ələddin Sultanov:
(Şərik qoşduqları daha xeyirlidir,) yoxsa darda qalan biri dua etdiyi zaman duasını qəbul edib sıxıntısını aradan qaldıran və sizi yer üzünün varisləri edən?! Allahla yanaşı başqa bir ilah varmı?! Nə qədər də az düşünürsünüz!
Kerbelayi Malik ağa:
Yoxsa darda qalan kimsə Ona dua etdiyi zaman cavab verən, çətinliyi aradan qaldıran və sizi yer üzündə xəlifələr edənmi? Allah ilə bərabər bir (başqa) ilahmı? Nə qədər az təzəkkür edirsiniz?
Ələsgər Musayev:
Yoxsa kim ki, cavab verir çarəsizə, onda ki, çağırır Onu və şəfa edir pisliyə və edir sizi ərzdə xəlifə? Ə, Allahla yanaşı Ilahimi var? Çox az yad edirsiniz!
A.Mehdiyev və D.Cəfərli:
(O şəriklərmi yaxşıdır) yoxsa darda qalan bir kimsə Onu çağırdığı (dua etdiyi) zaman ona cavab verən, onun zərər və çətinliyini aradan qaldıran, sizi yer (üzünün) canişinləri (Allahın yer üzündə canişinləri və gedənlərin yerində qalanları) edən kəs? Məgər tək olan Allahla yanaşı başqa bir tanrımı var?! Çox az öyüd-nəsihət alırsınız!
Kövsər Tağıyev:
Yaxud Ona dua etdiyi zaman darda qalanın duasına cavab verən, başa gələn pisliyi sovuşduran, sizi yer üzünün xəlifələri olaraq yaradan? Allah ilə yanaşı başqa ilahmı var? Nə qədər az düşünürsünüz?
M.Qənioğlu və T.Bilaloğlu:
(Onlar yaxşıdır), yoxsa Onu çağırdığınız zaman dara düşmüşə haray verən, bəlanı uzaqlaşdıran və sizi yer üzünün varisləri edən (Allah)? Məgər Allahla yanaşı başqa bir tanrı da var? Siz necə də az düşünüb- daşınırsınız.
Sabirə Dünyamalıyeva:
Onların şərik qoşduqları şeylərmi xeyirlidir yoxsa Ona yalvardığında, darda qalana cavab verən və şəri sovuşduran, sizi yer üzünün varisləri edənmi? Allahla yanaşı başqa bir məbudmu var? Çox az fikirləşirsiniz!