Nisa Surəsi 62. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Öz əlləri ilə törətdikləri əməllərə görə onlara müsibət üz verdikdən sonra sənin yanına gəlib: “Biz ancaq yaxşılıq etmək (mübahisə edənləri) barışdırmaq istədik!”– (deyə) Allaha and içdikdə (onların halı) necə olacaq?
Bünyadov-Məmmədəliyev:
Bəs etdikləri əməllərin cəzası olaraq başlarına bir müsibət gəldiyi zaman (onların halı) necə olacaq? Sonra onlar sənin yanına gəlib: “Biz yalnız yaxşılıq etmək (iddiaçılar arasında) barışıq yaratmaq istədik”, - deyərək Allaha and içəcəklər.
Elmir Quliyev :
А что будет, когда беда постигнет их за то, что приготовили их руки, после чего они придут к тебе и будут клясться Аллахом: "Мы хотели только добра и примирения"?
Ələddin Sultanov:
Bəs öz əlləri ilə etdikləri (əməllər) səbəbilə onların başına bir müsibət gəldiyi zaman sənin yanına gələrək: “Biz yalnız yaxşılıq etmək barışıq yaratmaq istədik”, deyə Allaha and içdikləri vaxt (onların halı) necə olacaq?!
Kerbelayi Malik ağa:
Bundan sonra onlara əlləriylə təqdim etdiklərinə (əməllərinə, işlədiklərinə) görə bir müsibət gəldiyi zaman halları necə olar. Sonra sənin yanına gəlincə; ‘Biz sadəcə yaxşılıq etmək aralarını düzəltmək (barışdırmaq) istədik.’ deyə Allaha and içərlər.
Ələsgər Musayev:
necə onda ki, isbat edər onlara müsibət, ilə ki, təqdim edir əlləri, sonra gəldilər sənə and içərək Allah ilə: «Əgər iradəmiz bizim ancaq ehsan ittifaqdır».
A.Mehdiyev və D.Cəfərli:
Belə isə, öz əlləri ilə etdiklərinin cəzası olaraq onlara bir müsibət gələn zaman (onların üzrxahlıq rüsvayçılıqları) necə olacaq? Sənin yanına gələrək Allaha and içirlər ki, bizim (kafirlərin yanına mühakiməyə getməkdə) yaxşılıqdan (iki tərəf arasında) barışıq yaratmaqdan başqa bir məqsədimiz yox idi!
Kövsər Tağıyev:
Öz etdikləri ucbatından başlarına bir müsibət gəldiyi, sonra da: “Biz yaxşılıq etmək uzlaşdırmaqdan başqa bir şey istəməmişdik”, deyə Allaha and içərək sənin yanına gəldikləri zaman halları necə olar?
M.Qənioğlu və T.Bilaloğlu:
Öz əlləri ilə tutduqları əməllərə görə başlarına bir müsibət gəldikdə, sonra isə sənin yanına gəlib: "Biz yalnız xeyirxahlıq etmək barışdırıcı olmaq istəyirdik." - deyə Allaha and-aman etsələr, bəs onda necə?
Sabirə Dünyamalıyeva:
[Öz] əlləri ilə etdikləri üzündən özlərinə bir müsibət üz verdikdə, gör necə oldu!