Maidə Surəsi 62. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sən onların bir çoxunu günaha, düşmənçiliyə haram yeməyə tələsən görürsən. Onların tutduqları əməllər necə pisdir!
Bünyadov-Məmmədəliyev:
Onların bir çoxunu günah işləməyə, düşmənçilik etməyə haram yeməyə tələsən görərsən. Onların gördüyü işlər necə pisdir!
Elmir Quliyev :
Ты видишь, что многие из них поспешают совершать грехи, преступать границы дозволенного и пожирать запретное. Воистину, скверно то, что они совершают.
Ələddin Sultanov:
Onlardan bir çoxunun günah işləmək, düşmənçilik etmək haram yeməkdə bir-birləri ilə yarışdıqlarını görərsən. Onların gördüyü işlər necə pisdir!
Kerbelayi Malik ağa:
Onlardan bir çoxunun günahda, düşmənlikdə haram yeməkdə bir-birləriylə yarışdıqlarını görərsən. Etdikləri şey pisdir.
Ələsgər Musayev:
Görərsən onların əksəriyyətini günah etməkdə düşmənçilikdə haram yeməkdə bir -birindən qabağa düşürlər. Etdikləri əməllər necə pisdir!
A.Mehdiyev və D.Cəfərli:
Onların çoxunun günah etmək, (başqalarının hüququna) təcavüzkarlıq haram yeməkdə tələsdiklərini görürsən. Onların həmişə etdikləri çox pisdir!
Kövsər Tağıyev:
Onlardan çoxunun günahda, düşmənçilikdə, haram yeməkdə bir-biriləri ilə yarışdıqlarını görərsən. Etdikləri şey pisdir!
M.Qənioğlu və T.Bilaloğlu:
Sən onların çoxunun günaha, düşmənçiliyə haram yeməyə can atdıqlarını görürsən. Onların tutduqları əməllər necə pisdir!
Sabirə Dünyamalıyeva:
Onlardan çoxunun, günah işləməkdə, düşmənçilik etməkdə haram yeməkdə [bir-birləri ilə] yarışdıqlarını görərsən. Etdikləri bu işlər necə pisdir!