Əlixan Musayev:
Əgər onlar səni aldatmaq istəsələr, (bil ki,) sənə Allah yetər. O, səni həm Öz köməyi ilə, həm də möminlərlə qüvvətləndirdi.
Bünyadov-Məmmədəliyev:
Əgər onlar səni aldatmaq istəsələr, (qorxma və bil ki, onların şərindən və məkrindən qorumağa) sənə təkcə Allah kifayətdir. (O Allah ki) səni Öz köməyilə və möminlərlə müdafiə edib möhkəmlətdi.
Elmir Quliyev
:
Если же они захотят обмануть тебя, то тебе достаточно Аллаха. Он поддержал тебя Своей помощью и верующими.
Ələddin Sultanov:
Əgər onlar səni aldatmaq istəsələr, (bil ki,) Allah sənə yetər. O, köməyi ilə və möminlərlə səni dəstəkləyir.
Kerbelayi Malik ağa:
Əgər sənə hiylə qurmaq istəyərlərsə, o təqdirdə şübhəsiz ki, Allah sənə kifayət edər. Yardımı ilə səni və möminləri dəstəkləyən Odur.
Ələsgər Musayev:
Əgər istəyələr səni aldatsınlar, həqiqətən, hesabı sənə Allahın. O - Odur ki, Öz yardımı ilə və inananlarla səni möhkəmləndirdi
A.Mehdiyev və D.Cəfərli:
Əgər (sülh və barışıqda, yaxud başqa bir məsələdə) səni aldatmaq istəsələr, şübhəsiz sənə Allah kifayət edər. Səni Öz (qeyb) köməyi və möminlərin vasitəsilə qüvvətləndirən Odur.
Kövsər Tağıyev:
Əgər səni aldatmaq istəsələr, bil ki, sənə yetən Allahdır. O, səni öz yardımı ilə və möminlərlə dəstəkləyən
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər onlar səni aldatmaq istəsələr (bil ki,) sənə Allah kifayətdir. Odur öz yardımı ilə və möminlərlə sənə kömək edən,
Sabirə Dünyamalıyeva:
Və əgər onlar sənə hiylə qurmaq istəsələr, bil ki, şübhəsiz, sənə Allah kifayətdir. Səni Öz köməyi ilə və möminlərlə gücləndirən və möminlərin könüllərini [ülfətlə] birləşdirən Odur.