Yusif Surəsi 63. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar atalarının yanına qayıtdıqda dedilər: “Ey atamız! Daha bizə ərzaq verilməyəcək. Ölçüb (ərzaq) almaq üçün qardaşımızı bizimlə birlikdə göndər. Şübhəsiz ki, biz onu qoruyacağıq”.
Bünyadov-Məmmədəliyev:
(Yusifin) qardaşları atalarının yanına döndükdə dedilər: “Ata! Bizə ərzaq (taxıl ölçülüb) verilməsi qadağan edildi. (Əgər Bin Yamini bizimlə Misirə göndərməsən, bizə daha heç bir şey verilməyəcək). Yenidən ərzaq (taxıl ölçüb) almaq üçün qardaşımızı bizimlə birlikdə (Misirə) göndər. Biz, əlbəttə, onu qoruyacağıq!”
Elmir Quliyev :
Вернувшись к отцу, они сказали: "Отец наш! Нам не будут больше отмеривать зерно. Отпусти с нами нашего брата, и мы получим свою меру. Воистину, мы будем оберегать его".
Ələddin Sultanov:
Onlar atalarının yanına qayıtdıqları zaman dedilər: “Ay ata! Ölçülüb verilən ərzaq bizə qadağan edildi. Ərzaq ala bilməmiz üçün qardaşımızı da bizimlə göndər. Biz mütləq onu qoruyacağıq”.
Kerbelayi Malik ağa:
Beləcə atalarının yanına döndükləri zaman (atalarına) belə dedilər: ‘Ey atamız! Bizə ərzaq verilməsi qadağan edildi. Qardaşımızı bizimlə göndər ki, biz ərzaq alaq. Şübhəsiz ki, biz onu həqiqətən qoruyanlarıq.’
Ələsgər Musayev:
Amma elə ki, atalarının yanına qayıtdılar, dedilər:«Ay atamız! Bizə daha pay verməyəcəklər. Qardaşımızı bizimlə göndər ki, onda biz pay alarıq həqiqətən, biz onu hifz edərik!»
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, atalarının yanına qayıdanda dedilər: «Ey ata! (Binyaminin bizimlə birgə olmayacağı təqdirdə) bizə ölçü (ərzaq satılması) qadağan edildi. Buna görə qardaşımızı bizimlə göndər ki, ölçü (ilə ərzaq) alaq. biz onu mütləq qoruyarıq!»
Kövsər Tağıyev:
Onlar atalarının yanına qayıtdıqları zaman: “Ey atamız! Daha bizə ərzaq verilməyəcək. Qardaşımızı (Bünyamini) bizimlə göndər ki, ərzaq alaq. Biz onu mütləq qoruyarıq”, dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar atalarının yanına qayıtdıqda dedilər: "Ey atamızl Daha bizə (ərzaq) verilməyəcək. Qardaşımızı bizimlə göndər, onda alarıq. Biz ondan muğayat olarıq"!
Sabirə Dünyamalıyeva:
Beləliklə, atalarının yanına qayıtdıqda: "Ey ata! Bizə taxıl qadağan edildi; bizə taxıl verilməyəcək. Onun üçün bu dəfə qardaşımızı bizimlə göndər ki, taxıl ala bilək. biz onu həqiqətən qoruyacağıq" dedilər.