Əlixan Musayev:
(Xidmətçi) dedi: “Qayanın yanında gizləndiyimiz vaxt yadına gəlirmi? (O zaman) mən balığı unutdum. Doğrusu, onu xatırlamağı mənə yalnız şeytan unutdurdu. (Balıq dirilib) qəribə bir şəkildə dənizdə yol tutub getmişdir”.
Bünyadov-Məmmədəliyev:
O isə: “Görürsənmi, biz (həmin yerdə) qayanın yanında gizləndiyimiz zaman mən balığı unutdum. Doğrusu, onu xatırlamağı mənə yalnız Şeytan unutdurdu. (Balıq dirilib) əcaib bir şəkildə dənizə yollanmışdır!” – deyə cavab verdi.
Elmir Quliyev
:
Он сказал: "Помнишь, как мы укрылись под скалой? Я забыл о рыбе, и только дьявол заставил меня не вспомнить о ней. Она же отправилась в путь по морю чудесным образом".
Ələddin Sultanov:
Gənc dedi: “Gördünmü, biz qayaya sığındığımız zaman mən balığı unutdum. Onu xatırlamağı mənə məhz şeytan unutdurdu. O da qeyri-adi bir şəkildə dənizə girib getmişdir”.
Kerbelayi Malik ağa:
(Gənc belə) dedi: ‘Gördünmü, qayaya sığındığımız zaman mən balığı unutdum. Onu deməyi mənə şeytan unutdurdu. O (balıq), əcaib bir şəkildə dənizin içinə doğru öz yolunu tutdu.’
Ələsgər Musayev:
Dedi: «Ə, gördünmü, onda böyük qayanın yanında
oturmuşduq, mən balığı unutdum. Onu yad etməyi ancaq şeytan
mənə unutdurdu və əcaib halda dəryaya tərəf yolunu tutub
getdi!»
A.Mehdiyev və D.Cəfərli:
Dedi: «Gördün? Biz o daşın yanında olanda, mən balığı(n məsələsini sənə deməyi) unutdum və onu (sənə) deməyi mənə yalnız Şeytan unutdurdu. O balıq təəccüblü bir tərzdə dənizdə öz yolunu tutub getdi (dirildi. Yaxud: O hansı tərəfə üzürdüsə, dənizin suyu kanal kimi açıq qalırdı).»
Kövsər Tağıyev:
Gənc: “Gördünmü! Qayaya sığındığımız əsnada balığı unutmuşam. – Əslində onu sənə deməyi mənə ancaq şeytan unutdurdu. – Balıq –təəccüblüdür ki, – dənizdə yolunu tutub getmişdir”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
O isə dedi: "Bilirsənmi, biz qayaya sığınıb qalan zaman mən balığı (orada) yaddan çıxartdım. Onu ancaq şeytan unutdurdu ki, mənim yadımda qalmasın. O da qəribə şəkildə dənizə yol alıb getdi".
Sabirə Dünyamalıyeva:
Gənc oğlan: "Gördünmü/heç düşündünmü? O qayaya sığındığımız vaxt doğrusu mən böhrandan/çətinlikdən xilas oldum, onu deməyə də həqiqətən eqoistliyim mane oldu. Böhran/çətinlik təəccüblü bir şəkildə alim adamda qeyb olub getdi" dedi.