Əlixan Musayev:
Onlar dedilər: “Bu ikisi, doğrudan da, sehrbazdır. Onlar öz sehrləri ilə sizi torpağınızdan qovub çıxartmaq və sizin ən gözəl yolunuzu aradan götürmək istəyirlər.
Bünyadov-Məmmədəliyev:
Onlar (uzun-uzadı mübahisədən sonra Musadan və Harundan qorxub astaca bir-birinə) dedilər: “Bu ikisi, əlbəttə, sehrbazdır. Onlar öz sehrləri ilə sizi yurdunuzdan qovub çıxartmaq və sizin ən gözəl yolunuzu (dininizi, təriqətinizi) yox etmək (əyan-əşrafınızı öz tərəflərinə çəkmək) istəyirlər.
Elmir Quliyev
:
Они сказали: "Эти двое мужчин — колдуны. Они хотят колдовством изгнать вас из вашей страны и вдвоем следовать вашим превосходным путем.
Ələddin Sultanov:
(Sehrbazlar) dedilər: “Həqiqətən, bu ikisi sehrləri vasitəsilə sizi yurdunuzdan çıxartmaq və sizin nümunəvi yolunuzu yox etmək istəyən sehrbazlardır.
Kerbelayi Malik ağa:
‘Bu ikisi həqiqətən iki sehrbazdır. Sehrləri ilə sizi yurdunuzdan çıxartmaq və üstün olan təriqətinizi (yolunuzu, dininizi) yox etmək istəyirlər.’ dedilər.
Ələsgər Musayev:
Dedilər: «Həqiqətən, bu iki sehrkar istəyirlər
ki, öz sehrlərilə sizi xaric etsinlər ərzinizdən və sizin təriqətinizi
aradan aparsınlar.
A.Mehdiyev və D.Cəfərli:
(Nəhayət sehrbazlar bir-birlərinə və ya fironçular onlara) dedilər: Doğrudan da bu iki nəfər sehrbazdır və öz sehrləri ilə sizi torpağınızdan çıxarmaq və sizin yüksək dini yolunuzu (bütpərəstliyi) yox etmək istəyirlər.
Kövsər Tağıyev:
Belə dedilər: “Əslində, bu ikisi öz sehrləri ilə sizi yurdunuzdan çıxarmaq və ən üstün olan dininizi aradan qaldırmaq istəyən sehrbazlardır”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər “Bunların hər ikisi həqiqətən sehrbazdır. Onlar öz sehrləri ilə sizi öz torpağınızdan çıxartmaq və sizin bu gözəl yolunuzu (dininizi) məhv etmək istəyirlər.
Sabirə Dünyamalıyeva:
və "Bunların ikisi həqiqətən nüfuzlu alimlərdir; təsirli elmləriylə sizi yurdunuzdan qovub çıxartmaq və ən yaxşı nümunə olan yolumuzu məhv etmək istəyirlər.