Möminun Surəsi 63. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Lakin onların qəlbi bundan xəbərsizdir. Onların bundan başqa gördükləri başqa (pis) işləri vardır.
Bünyadov-Məmmədəliyev:
Lakin (kafirlərin) qəlbləri bundan (Qurandan) xəbərsizdir (bu barədə cəhalət içindədir) . Onların bundan başqa (Allaha xoş getməyən) ayrı işləri vardır ki, elə onları edib durarlar (küfr edib günaha batarlar).
Elmir Quliyev :
Однако их сердца слепы к этому (Корану). А наряду с этим они совершают менее тяжкие злодеяния.
Ələddin Sultanov:
Xeyr, onların qəlbləri bu (Quran) barədə cəhalət içindədir. Onların bundan başqa (pis) əməlləri vardır.
Kerbelayi Malik ağa:
Xeyr, onların qəlbləri bundan qəflətdədir. Onların bundan başqa etdikləri pis əməlləri vardır. Onlar onu edənlərdir.
Ələsgər Musayev:
Bəli! Qəlbləri bundan xəbərsizdir onlar üçün əməl var bundan başqa, hansı ki, ona əməl edirlər.
A.Mehdiyev və D.Cəfərli:
Lakin (kafirlərin) qəlbləri bu barədə (dünya vəzifələri axirət cəzaları barəsində) nadanlıq qəflət içərisindədir onların bundan (bu nadanlıq qəflətdən) başqa etdikləri digər (küfr günah) əməlləri vardır.
Kövsər Tağıyev:
Ancaq kafirlərin qəlbləri bu Qur`ana qarşı bir qəflət içindədir. Onların bundan başqa işlədikləri bəzi (çirkin) əməlləri var.
M.Qənioğlu və T.Bilaloğlu:
Amma onlann ürəkləri bundan [Qurandan] xəbərsizdir. Onlann bundan başqa da törətdikləri əməlləri vardır.
Sabirə Dünyamalıyeva:
Əksinə, onların qəlbləri bu barədə örtük içindədir [qapalıdır]. onların bundan aşağı bəzi pis işləri var ki, onlar bu pis işləri edib dururlar.