Əhzab Surəsi 63. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Camaat sənə o Saat barədə sual verir. De: “Onu yalnız Allah bilir!” bilirsən, bəlkə də, o Saat lap yaxınlaşmışdır.
Bünyadov-Məmmədəliyev:
Camaat (Məkkə əhli) səndən o saat (qiyamətin vaxt qopacağı) barədə soruşar. (Ya Peyğəmbər!) De: “Onu ancaq Allah bilər!” bilirsən, bəlkə də, o saat (qiyamət) yaxındır).
Elmir Quliyev :
Люди спрашивают тебя о Часе. Скажи: "Знанием о нем обладает только Аллах". Откуда тебе знать, быть может, Час близок?
Ələddin Sultanov:
İnsanlar səndən qiyamətin vaxtı haqqında soruşurlar. De ki: “Onun məlumatı yalnız Allah yanındadır!” bilirsən, bəlkə də, qiyamət yaxın bir zamanda baş verəcək.
Kerbelayi Malik ağa:
İnsanlar səndən o saatı (qiyaməti) soruşurlar. De ki: ‘Onun elmi yalnız Allahın dərgahındadır.’ Sənə bildirilmədi. Bəlkə o saat yaxınlaşmış ola bilər.
Ələsgər Musayev:
Sual edirlər insanlar səndən saat haqqında. De: «Onun elmi yalnız Allah yanındadır!» Sən bilirsən, ola ki, saat yaxın olsun.
A.Mehdiyev və D.Cəfərli:
Camaat səndən Qiyamət barəsində (onun yaxınlığı, uzaqlığı, necə baş verəcəyi, o günün uzunluğu haqqında) soruşar. De: «Onun elmi Allah yanındadır;». bilirsən, bəlkə Qiyamət yaxındır!
Kövsər Tağıyev:
İnsanlar səndən qiyamətin vaxtını soruşurlar. De ki: “Onun elmi ancaq Allah qatındadır”. bilirsən, bəlkə qiyamət yaxında gerçəkləşər.
M.Qənioğlu və T.Bilaloğlu:
İnsanlar səndən qiyamət haqqında soruşurlar. De: "Onun xəbəri ancaq Allahın nəzdindədir." Sən bilirsən, bəlkə qiyamət lap yaxındadır!
Sabirə Dünyamalıyeva:
Adamlar səndən qiyamətin qopma vaxtı barədə soruşurlar. bilirsən, bəlkə qiyamətin qopma vaxtı yaxındır.