Əlixan Musayev:
Biz onu zalımlar üçün bir sınaq etdik.
Bünyadov-Məmmədəliyev:
Biz onu zalımlar (cəhənnəm istisində heç bir ağac bitməz deyən kafirlər) üçün bir bəla (dərd) etdik.
Elmir Quliyev
:
Мы сделали его искушением для беззаконников.
Ələddin Sultanov:
Həqiqətən, Biz onu (zəqqum ağacını) zalımlar üçün bir imtahan etdik. (Kafirlər Qurandakı “cəhənnəmdə bitən ağac” sözünü eşitdikləri zaman: “Od ağacı yandırdığı halda necə olur ki, cəhənnəmdə ağac bitir?” - deyə bunu məsxərəyə qoymuşdular. Beləcə, bu söz onlar üçün bir imtahan oldu. Onlar Allahın istədiyi təqdirdə cəhənnəm odunun yandırmayacağı bir ağacı yaratmağa qadir olduğunu dərk etmədilər.)
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Biz onu (zəqqum ağacını) zalımlar üçün fitnə (imtahan) etdik.
Ələsgər Musayev:
Həqiqətən, Biz etdik onu zalimlər üçün sınaq.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən, Biz onu zalımlar üçün bir əzab vasitəsi etdik.
Kövsər Tağıyev:
Şübhəsiz, biz onu zalımlar üçün imtahan vəsiləsi etdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onu haqsızlar üçün aldadıcı bir şey etdik.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, Biz onu şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənlər üçün bir imtahan vasitəsi etdik.