Əlixan Musayev:
Göylərin və yerin açarları Ondadır. Məhz Allahın ayələrini inkar edənlər ziyana uğrayanlardır.
Bünyadov-Məmmədəliyev:
Göylərin və yerin açarları (ixtiyarı) Onun əlindədir. Allahın ayələrini inkar edənlər – məhz onlar ziyana uğrayanlardır!
Elmir Quliyev
:
Ему принадлежат ключи небес и земли. А те, которые не веруют в знамения Аллаха, являются потерпевшими убыток.
Ələddin Sultanov:
Göylərin və yerin açarları Ondadır. Allahın ayələrini inkar edənlər əsil ziyana uğrayanlardır.
Kerbelayi Malik ağa:
Göylərin və yerin xəzinələri Onundur. Allahın ayələrini inkar edənlər, məhz onlar, hüsranda olanlardır.
Ələsgər Musayev:
Səmaların və ərzin açarı Onun üçündür.
O kəslər ki, kafir oldular ayətləri ilə Allahın – həmin onlar
xəsarətdədirlər.
A.Mehdiyev və D.Cəfərli:
Göylərin və yerin xəzinələri və onların açarları Ona məxsusdur. Ziyana uğrayanlar Allahın ayələrini inkar edənlərdir.
Kövsər Tağıyev:
Göylərin və yerin açarları Onundur. Allahın ayələrini inkar edənlər ki var, onlar məhz ziyana uğrayanlardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Göylərin və yerin açarları Ondadır. Allahın ayələrinə inanmayanlar - onlar ziyana düşənlərdir.
Sabirə Dünyamalıyeva:
Bütün göylərin və yerin açarları yalnız Ona məxsusdur. Allahın ayələrini ört-basdır edən kəslər; bax məhz onlar, ziyana uğrayanlardır.