Əlixan Musayev:
(Allahdan) qorxub bəlkə mərhəmətə nail olasınız deyə, sizi qorxutmaq üçün öz aranızdan olan bir kişinin vasitəsi ilə Rəbbinizin sizə öyüd-nəsihət verməsinə heyrətmi edirsiniz?”
Bünyadov-Məmmədəliyev:
Yoxsa sizi (Allahın əzabı ilə) qorxutmaq, sizin də qorxmanız və (bunun nəticəsində) rəhm oluna bilinməniz üçün içərinizdən olan bir adam (peyğəmbər) vasitəsilə Rəbbinizdən sizə xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz?”
Elmir Quliyev
:
Неужели вы удивляетесь тому, что напоминание от вашего Господа явилось к вам через мужчину из вашей среды, чтобы он мог предостеречь вас и чтобы вы стали богобоязненны? Быть может, тогда вы будете помилованы".
Ələddin Sultanov:
(Günahlardan) çəkinib mərhəmətə nail olmağınız ümidi ilə içinizdən sizi xəbərdar edən bir adam vasitəsilə Rəbbinizdən sizə öyüd-nəsihət gəlməsinə təəccübmü edirsiniz?”
Kerbelayi Malik ağa:
Sizi xəbərdar etməsi və təqva sahibi olmağınız üçün içinizdən bir adama Rəbbinizdən bir zikrin gəlməsinəmi təəccübləndiniz? Və beləcə rəhmət olunarsınız.
Ələsgər Musayev:
Ya təəccüb etdiniz ona ki, Rəbbiniz tərəfindən yad etmə sizdən olan bir kişiyə gəldi ki, o, nəzərinizə çatdıra və təqvalı olasınız və ola ki, sizə rəhm oluna?!»
A.Mehdiyev və D.Cəfərli:
Yoxsa Rəbbiniz tərəfindən sizə özünüzdən olan bir kişinin dili ilə sizi (Allahın əzabı ilə) qorxutmaq, sizin də təqvalı olmağınız üçün və bəlkə rəhm olunasınız deyə (ilk səmavi şəriət və kitab olaraq) bir öyüd-nəsihət gəlməsinə təəccüb etdiniz?»
Kövsər Tağıyev:
Sizi xəbərdar etməsinə və sizin də Allaha qarşı gəlməkdən çəkinib rəhmətə qovuşmağınız üçün aranızdan bir adam vasitəsilə Rəbbinizdən sizə bir zikr (vəhy və öyüd) gəlməsinə təəccübləndinizmi?
M.Qənioğlu və T.Bilaloğlu:
Sizə xəbərdarlıq etmək üçün, Allahdan qorxmanız üçün və bəlkə mərhəmətə nail olasınız deyə öz içərinizdən olan bir adama Rəbbinizdən bir tövsiyə gəlməsinə məgər təəccüb edirsiniz?!”
Sabirə Dünyamalıyeva:
Allahın mühafizəsi altına daxil olmağınız və rəhmətə vasil olmağınız üçün, aranızdan bir nəfərə, sizə xəbərdarlıq etsin deyə Rəbbinizdən bir öyüd/kitab gəlməsinə təəccübmü edirsiniz?"