Əlixan Musayev:
(Musa:) “Elə istədiyimiz də bu idi!”– dedi. Sonra onlar öz ləpirlərinin izinə düşüb geri qayıtdılar.
Bünyadov-Məmmədəliyev:
(Musa: ) “Elə istədiyimiz də (axtardığımız da) budur!” – dedi və onlar öz ləpirlərinin izinə düşüb gəldikləri yolla geri (iki dənizin qovuşduğu yerə) qayıtdılar.
Elmir Quliyev
:
Муса (Моисей) сказал: "Это — то, чего мы желали!" — и они вернулись назад по своим следам.
Ələddin Sultanov:
Musa: “İstədiyimiz məhz bu idi!” - dedi. Onlar dərhal özlərinin ayaq izləri ilə geri qayıtdılar.
Kerbelayi Malik ağa:
(Musa ə.s): ‘Bizim axtardığımız şey də budur.’ dedi. Beləcə öz izlərini təqib edərək geri döndülər.
Ələsgər Musayev:
Dedi: «Budur həmin yerdir ki, axtarırıq!»
Gəldikləri yolla danışan halda geri qayıtdılar.
A.Mehdiyev və D.Cəfərli:
Musa dedi: «Bu (balıq məsələsi), bizim axtardığımız həmin şey(in əlaməti)dir». Onlar axtara-axtara gəldikləri yolun izi ilə geriyə qayıtdılar.
Kövsər Tağıyev:
Musa: “Axtardığımız elə bu idi”, – dedi. Belə olduqda onlar izlərini təqib edərək geri qayıtdılar.
M.Qənioğlu və T.Bilaloğlu:
Musa dedi: "Bizim istədiyimiz bu idi". Və onlar öz izləri ilə geri qayıtdılar.
Sabirə Dünyamalıyeva:
Musa, "Axtardığımız elə bu idi!" dedi. Həmən izlərini təqib edərək sizi geri döndülər.