Əlixan Musayev:
Onlar öz-özlərinə müraciətlə: “Həqiqətən də, siz zalımlarsınız”– dedilər.
Bünyadov-Məmmədəliyev:
Bunun nəticəsində onlar (ağıllarını başlarına yığıb) öz-özlərinə müraciətlə: “Siz, doğrudan da, zalımlarsınız (dilsiz-ağılsız, heç özlərini belə qorumağa qadir olmayan bütlərə tapınmaqla özünüz özünüzə zülm edirsiniz)”, - dedilər.
Elmir Quliyev
:
Обратившись друг к другу, они сказали: "Воистину, вы сами являетесь беззаконниками!"
Ələddin Sultanov:
Bu zaman onlar öz vicdanlarına səslənərək: “Həqiqətən, əsil zalımlar sizsiniz!” - dedilər.
Kerbelayi Malik ağa:
Bunun üzərinə özlərinə gəldilər, sonra da (özləri üçün): ‘Şübhəsiz ki, siz zalımlarsınız.’ dedilər.
Ələsgər Musayev:
Müraciət edib tərəfinə öz nəfslərinin və dedilər:
«Həqiqətən, siz zalimlərsiniz!»
A.Mehdiyev və D.Cəfərli:
Belə olan halda onlar (əvvəlcə bir anlıq) özlərinə gəlib ayıldılar və (batində özlərinə və ya bir-birlərinə) dedilər: «Doğrudan da siz özünüz zalımsınız (ki, cansız şeylərə ibadət edirsiniz)!»
Kövsər Tağıyev:
Belə olduqda onlar bir-birilərinə tərəf dönüb: “Heç şübhəsiz, əsl zalımlar sizsiniz”, – dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar bir-birlərinə müraciətlə: "Axı siz özünüz haqsızsınız". - dedilər.
Sabirə Dünyamalıyeva:
Belə olduqda, öz vicdanlarına döndülər və: "Həqiqətən, siz məhz səhv; öz zərərinə olan əməli işləyənlərsiniz" dedilər.