Əlixan Musayev:
Nəhayət, onların cah-calal içində yaşayanlarını əzabla yaxaladığımız zaman fəryad qopararlar.
Bünyadov-Məmmədəliyev:
Nəhayət, onların naz-nemət içində yaşayan başçılarını əzabla yaxaladığımız zaman (Bədr vuruşu günü) fəryad edib imdad diləyərlər.
Elmir Quliyev
:
А когда Мы подвергнем наказанию изнеженных роскошью среди них, они завопят громким голосом.
Ələddin Sultanov:
Nəhayət, onlardan bolluq içində yaşayanları (zənginləri və başçıları) əzabla yaxaladığımız zaman dərhal fəryad edərlər.
Kerbelayi Malik ağa:
Onların naz-nemət içində olanlarını əzabla yaxaladığımız zaman onlar fəryad edib yardım istəyərlər.
Ələsgər Musayev:
Ta onda ki, onların sərvətlilərini əzab edək, onda onlar nalə
edərlər.
A.Mehdiyev və D.Cəfərli:
(Bu keflilik və qəflətləri) o vaxta kimi (davam edər) ki, onların naz-nemət içində olub əyyaşlıq edənlərini (xəstəlik, yoxsulluq və müharibədə məğlubiyyət kimi) əzaba düçar edərik, (bu zaman) birdən fəryad qopararaq nalə edərlər.
Kövsər Tağıyev:
Nəhayət, onların rifah və bolluq içində yaşayanlarını əzabla yaxaladığımız zaman görərsən ki, fəryad edib dururlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onlardan naz-nemət içərisində olanları əzaba düçar edən kimi onlar fəryad qoparırlar.
Sabirə Dünyamalıyeva:
Nəhayət, onların naz-nemət içində olanlarını əzabla yaxaladığımızda, dərhal fəryad edərlər.