Əlixan Musayev:
Yəhudilər dedilər: “Allahın Əli bağlıdır!” Onların öz əlləri bağlandı və dedikləri sözə görə lənətə gəldilər. Əksinə, Onun hər iki Əli açıqdır və O, (Öz lütfündən) istədiyi kimi sərf edir. Əlbəttə, Rəbbindən sənə nazil edilən (Kitab) onlardan bir çoxunun azğınlığını və küfrünü artıracaqdır. Biz onların arasına Qiyamət gününə qədər ədavət və kin saldıq. Onlar hər dəfə müharibə alo-vunu yandırdıqda Allah onu söndürər. Onlar yer üzündə fitnəkarlıq törətməyə səy göstərirlər. Allah isə fitnəkarları sevmir!
Bünyadov-Məmmədəliyev:
Yəhudilər dedilər: “Allahın əli bağlıdır!” Bu dedikləri sözə görə onların öz əlləri bağlandı və lənətə gəldilər. (Və ya dedikləri sözə görə onların öz əlləri bağlansın və lənətə gəlsinlər!) Xeyr, Allahın əlləri açıqdır. (O, kərimdir, səxavətlidir), istədiyi kimi lütf (və ehsan) edər. Rəbbindən sənə nazil edilən (Quran) onlardan bir çoxunun yalnız küfrünü və azğınlığını artırar. Biz onların arasında qiyamət gününə qədər davam edəcək düşmənçilik və kin saldıq. Onlar müharibə alovu yandırdıqca Allah onu söndürər. Onlar yer üzündə fitnə-fəsad törətməyə çalışarlar. Allah isə fitnə-fəsad törədənləri sevməz!
Elmir Quliyev
:
Иудеи сказали: "Рука Аллаха скована". Это их руки скованы, и они прокляты за то, что они сказали (или да будут скованы их руки, и да будут они прокляты за то, что они сказали). Его обе Руки простерты, и Он расходует, как пожелает. Ниспосланное тебе от твоего Господа приумножает во многих из них несправедливость и неверие. Мы посеяли между ними вражду и ненависть вплоть до Дня воскресения. Всякий раз, когда они разжигают огонь войны, Аллах тушит его. Они стремятся распространить на земле нечестие, но Аллах не любит распространяющих нечестие.
Ələddin Sultanov:
Yəhudilər: “Allahın əli bağlıdır (xəsisdir)!” - dedilər. Dediklərinə görə öz əlləri bağlansın və lənət olsun onlara! Əksinə, Onun əlləri açıqdır (Allah comərddir), istədiyi kimi sərf edər. Rəbbindən sənə nazil edilən (Quran) şübhəsiz, onlardan bir çoxunun azğınlığını və küfrünü artırır. Biz, qiyamət gününə qədər onların arasına düşmənçilik və kin saldıq. Onlar müharibə üçün hər dəfə od qaladıqlarında (fitnə-fəsad çıxardıqlarında), Allah onu söndürmüşdür. Onlar yer üzündə fitnə-fəsad törətməyə çalışırlar. Allah isə fitnə-fəsad törədənləri sevməz.
Kerbelayi Malik ağa:
Yəhudilər: ‘Allahın əli bağlıdır (Allah xəsisdir)’ dedilər. Onların əlləri bağlandı. Bu sözlərinə görə lənətləndilər. Xeyr, əksinə! Onun iki əli də açıqdır. Necə istəsə, elə infaq edər (verər). Rəbbindən sənə endirilən şey (ilahi əmrlər) mütləq onlardan bir çoxunun azğınlığını və küfrünü artırar. Biz onların arasına qiyamətə qədər davam edəcək düşmənlik və kin saldıq. Hər nə zaman hərb (müharibə) üçün bir atəş yandırdılarsa, Allah onu söndürdü. Onlar yer üzündə fəsad çıxarmaq üçün çalışarlar. Allah fəsad çıxaranları sevməz.
Ələsgər Musayev:
Hidayət olunanlar dedilər:
«Allahın Əli bağlıdır!» Bağlandı əlləri onların və lənət oldu
onlara nə ilə ki, dedilər. Bəli, Onun Əlləri açıqdır. Infaq edər
necə istər. Artırar əksəriyyətinə onlardan tüğyan və küfr nə
ki, nazil olub tərəfinə sənin Rəbbindən. Biz onların arasında
qiyamət gününə kimi ədavət və paxıllıq saldıq. Külli nə ki, hərb
üçün od alışdırsalar, Allah onu söndürər. Ərzdə fəsad etməyə
çalışarlar. Allah sevməz fəsad edənləri!
A.Mehdiyev və D.Cəfərli:
Yəhudilər dedilər: «Allahın əli bağlıdır (həm şəriət mərhələsində və həm də insanlara əta və bəxşiş etməkdə! Və elə buna görə də dinin istər Tövratda, istərsə də başqasında olan hökmləri nəsx oluna bilməz. Həmçinin əta və bəxşişdə də ona görə ki, möminlərin hamısı yoxsuldurlar və Allah insanlardan borc istəyir).» Öz əlləri bağlansın və dedikləri sözün cəzası olaraq Allahın rəhmətindən uzaq düşsünlər! Əksinə, Onun hər iki (qüdrət) əli daim açıqdır və Onun kamil qüdrəti həmişə qalmaqdadır (hökm və şəriətləri nəsx edir, dost və düşmənlərə dünyada və axirətdə) istədiyi kimi əta və bəxşiş edir. Şübhəsiz, Rəbbin tərəfindən sənə nazil olan şey, onların bir çoxunun azğınlıq və küfrünü artıracaqdır. Biz onların (yəhudilər, xristianlar və onların firqələri) arasında Qiyamət gününə qədər düşmənçilik və kin salmışıq. Nə vaxt (müsəlmanlarla) bir müharibə alovu yandırıblarsa, Allah onu söndürüb. Onlar yer üzündə fəsad yolunu gedirlər. Allah fəsad törədənləri sevmir.
Kövsər Tağıyev:
Bir də yəhudilər: “Allahın əli bağlıdır”, – dedilər. Söylədiklərindən ötrü öz əlləri bağlansın və lənətə gəlsinlər! Xeyr, Onun iki əli də açıqdır, istədiyi kimi verər. And olsun, sənə Rəbbindən endirilən (Qur`an) onlardan bir çoxunun azğınlığını və küfrünü artıracaq. Biz onların arasına qiyamətə qədər ədavət və kin saldıq. Onlar nə zaman savaş alovunu yandırmışlarsa, Allah onu söndürmüşdür. Onlar yer üzündə fitnə-fəsad törətməyə çalışırlar. Allah fitnə-fəsad törədənləri sevməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Yəhudilər dedilər: "Allahın verən əli bağlıdır." Belə dediklərinə görə onların öz əlləri bağlandı və onlar lənətə gəldilər. Xeyr! O, əliaçıqdır, istədiyi kimi sərf edir. Əlbəttə, Rəbbin tərəfindən sənə nazil edilən (paxıllıqdan) onların bir çoxunun azğınlığını və küfrünü artıracaqdır. Biz də onların arasına qiyamət gününə qədər ədavət və kin-küdurət saldıq. Onlar hər dəfə müharibə alovunu qızışdıranda Allah onu söndürmüşdür. Onlar yer üzündə fəsad törətməyə çalışırlar. Allah isə fəsad törədənləri sevmir.
Sabirə Dünyamalıyeva:
Və Yəhudilər, "Allah xəsisdir [Allahın əli bağlıdır]" dedilər. -Dedikləri şeylər səbəbindən öz əlləri bağlandı və onlar uzaqlaşdırıldılar.- Əksinə, Allahın iki əli açıqdır; dilədiyi kimi xərcləyər. Və and olsun ki, Rəbbindən sənə nazil edilən [şey] onların çoxunun azğınlığını və küfrünü [Allahın məbud və rəbb olduğunu bilə-bilə rədd etmələrini] artırar. Və Biz, o yəhudilərin arasına qiyamətə qədər ədavət və kin saldıq. Nə zaman savaş/pozmaq məqsədi ilə bir alov yandırsalar, Allah onu söndürür. Və onlar, yer üzündə fitnə-fəsad törətməyə tələsərlər. Halbuki Allah fitnə-fəsad törədənləri sevməz.