Yunus Surəsi 65. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onların sözləri səni kədər­­ləndirməsin. Çünki qüdrət bütünlüklə Allaha məxsusdur. O, Eşidəndir, Biləndir.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbərim!) Onların (kafirlərin boş, mənasız) sözləri səni kədərləndirməsin. Yenilməz izzət (qüvvət) bütövlükdə yalnız Allaha məxsusdur. O, (hər şeyi) eşidəndir, biləndir!
Elmir Quliyev :
Пусть тебя не печалит то, что они говорят, ибо могущество целиком принадлежит Аллаху. Он Слышащий, Знающий.
Ələddin Sultanov:
Onların sözləri səni kədərləndirməsin. Şübhəsiz, qüdrət bütövlüklə Allaha məxsusdur. O, hər şeyi eşidəndir, biləndir.
Kerbelayi Malik ağa:
Onların sözləri səni üzməsin. Şübhəsiz ki, bütün izzət Allahındır. O, eşidən biləndir.
Ələsgər Musayev:
Onların sözü səni hüznlü etməsin: həqiqətən, izzət cəmiyyən Allah üçündür. O Səmidir, Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
Onların sözü səni kədərləndirməsin. Şübhəsiz, bütün qüdrət qələbə Allahın əlindədir. Odur eşidən bilən!
Kövsər Tağıyev:
Onların (inkarçıların) sözləri səni kədərləndirməsin. Çünki bütün güc Allahındır. O, haqqı ilə eşidəndir, haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Qoy onların sözləri səni kədərləndirməsin; axı qüdrət tamamilə Allaha məxsusdur. O, hər şeyi eşidəndir, biləndir!
Sabirə Dünyamalıyeva:
onların sözü səni kədərləndirməsin. Həqiqətən hökm, şan şərəf tamamilə Allaha məxsusdur. O, ən yaxşı eşidən, ən yaxşı biləndir.