Əlixan Musayev:
Onlar dəvənin diz vətərini kəsdilər. (Saleh) dedi: “Yurdunuzda üç gün də kef eləyin. Bu, yalan olmayan bir vəddir”.
Bünyadov-Məmmədəliyev:
Onlar (dəvəni) tutub (ayaqlarından) kəsdilər. (Saleh də onlara) dedi: “Daha üç gün yurdunuzda yaşayıb kef çəkin. Bu elə bir vəddir (sözdür) ki, yalan çıxmaz!”
Elmir Quliyev
:
Но они подрезали ей поджилки, и Салих сказал: "Наслаждайтесь в своих жилищах еще три дня. Это обещание не окажется лживым".
Ələddin Sultanov:
Ancaq onlar dəvəni kəsdilər. Saleh: “Yurdunuzda üç gün daha yaşayıb kef çəkin! Bu, yalan olmayan bir vəddir”, - dedi.
Kerbelayi Malik ağa:
Buna baxmayaraq onu kəsdilər. Bunun üzərinə (Saleh (ə.s) belə) dedi: ‘Yurdunuzda üç gün daha faydalanın. Bu yalanlanması (təkzib edilməsi) olmayan bir vəddir.’
Ələsgər Musayev:
Ancaq onu kəsdilər və dedi o: «Üç
gün yaşayış yerlərinizdə faydalanın. Bu bir vədədir ki, onda
yalan yoxdur!»
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, onun ayaqlarını kəsdilər və öldürdülər. (Saleh) dedi: «Üç gün (möhlətiniz var) evlərinizdə bəhrələnin (sonra əzab gələcəkdir). Bu yalan olmayan bir vəddir».
Kövsər Tağıyev:
Bunun ardından onu kəsdilər. Salih dedi ki: “Yurdunuzda daha üç gün yaşayın. (Sonra həlak olacaqsınız.) Bu, inkaredilməz bir təhdiddir”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar isə onu kəsdilər. (Saleh) dedi: "Yurdunuzda üç gün də güzəran sürüb nəşələnin. Bu, yalan olmayan bir vəddir".
Sabirə Dünyamalıyeva:
Beləliklə, onlar həyat qaynaqlarını qurudaraq öldürdülər. Bunun müqabilində Saleh dedi ki: "Daha üç gün yurdunuzdan faydalanın. Bax bu, yalan çıxmayacaq bir vəddir."