Əlixan Musayev:
Onlar (orada) Öz dərgahımızdan mərhəmət bəxş etdiyimiz və Öz tərəfimizdən elm öyrətdiyimiz qullarımızdan birinə rast gəldilər.
Bünyadov-Məmmədəliyev:
(Musa və Yuşə orada) Öz dərgahımızdan mərhəmət (peyğəmbərlik və vəhy, yaxud ilham və kəramət) əta etdiyimiz və Öz tərəfimizdən elm (qeybə dair bəzi biliklər) öyrətdiyimiz bəndələrimizdən birini (Xızırı) tapdılar.
Elmir Quliyev
:
Они встретили одного из Наших рабов, которого Мы одарили милостью от Нас и обучили из того, что Нам известно.
Ələddin Sultanov:
Beləcə, (orada) Öz dərgahımızdan rəhmət bəxş etdiyimiz və elm öyrətdiyimiz bir bəndəmizi (Xızırı) tapdılar.
Kerbelayi Malik ağa:
Beləcə qatımızdan, özünə rəhmət verdiyimiz və lədun (gizli) elmimizdən öyrətdiyimiz qullarımızdan bir qul tapdılar.
Ələsgər Musayev:
Bizim
bəndələrimizdən olan bir bəndəni tapdılar ki, ona Öz
yanımızdan rəhmət verib və ona elm təlim vermişdik.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, Bizim, Öz tərəfimizdən bir rəhmət (vəhy və nübuvvət, uzun ömür, gözlərdən gizlin qalmaq və həyatda insanlardan ehtiyacsızlıq) verdiyimiz və Öz yanımızdan elm (yaradılış aləminin səbəb və nəticələri barəsində bilənin boynuna vəzifə qoyan elm) öyrətdiyimiz və vasitəsiz ilham verdiyimiz bəndələrimizdən birini (Xızır peyğəmbəri) tapdılar.
Kövsər Tağıyev:
(Geri qayıdıb) Qullarımızdan (elə) birini tapdılar ki, biz ona qatımızdan bir rəhmət vermiş, ona tərəfimizdən bir elm öyrətmişdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar Bizim mərhəmət və bilik verdiyimiz bəndələrimizdən birinə [Xızıra] rast gəldilər.
Sabirə Dünyamalıyeva:
Bu vaxt bəndələrimizdən bir bəndə gördülər ki, Biz ona Öz dərgahımızdan bir mərhəmət vermiş və tərəfimizdən bir elm öyrətmişdik.