Əlixan Musayev:
Siz artıq içərinizdən şənbə günü həddi aşanları tanıyırsınız. Biz də onlara: “Mənfur meymunlar olun!”– dedik.
Bünyadov-Məmmədəliyev:
Həqiqətdə siz bilirsiniz ki, içərinizdən bəzi kəslər şənbə günü (Davud zamanında şənbə günü balıq ovunun qadağan edilməsi) haqqında olan əmrdən kənara çıxdılar. Biz də onlara: “(Zəlil və) həqir meymunlar olun!” – dedik.
Elmir Quliyev
:
Вы знали тех из вас, которые нарушили субботу. Мы сказали им: "Будьте обезьянами презренными!"
Ələddin Sultanov:
Şübhəsiz ki, içinizdən şənbə günü həddi aşanları da bilmişdiniz. Biz də onlara: “Həqir meymunlar olun!” - dedik.
Kerbelayi Malik ağa:
And olsun ki, siz içinizdən şənbə günündəki (ovlama yasağını) tapdalayanları bilirdiniz. O zaman onlara: ‘Alçaq meymunlar olun.’ dedik.
Ələsgər Musayev:
Əlbəttə, bilirsiniz o kəsləri ki,
sizlərdən altıda həddi aşdılar. Dedik onlar üçün: «Olun rəzil
meymunlar!»
A.Mehdiyev və D.Cəfərli:
Və əlbəttə, siz içərinizdən şənbə günü (Allahın əmrindən) çıxanları (və həmin günü balıq tutanları) tanıdınız. Biz onlara dedik: «Meymun və (Bizim dərgahımızdan) qovulmuşlar olun!» (Onların bu cür olmalarını istədik, elə bu cür də oldular.)
Kövsər Tağıyev:
Şübhəsiz ki, siz aranızdan şənbə günü qadağasına6 əməl etməyənləri bilirsiniz. Biz onlara: “Alçaq meymunlar olun!” – demişdik.
M.Qənioğlu və T.Bilaloğlu:
İçərinizdə şənbə gününü (onun qadağalarını) pozanları tanıyırsınız. Biz onlara dedik: "Mənfur meymunlar olun !"
Sabirə Dünyamalıyeva:
Və siz içinizdən səbt günündə/düşüncə günündə həddini aşan kəsləri də əlbəttə bilirsiniz. Bax buna görə onlara, "Zəlil-qovulan kəslər halında meymunlar olun!" dedik.