Əlixan Musayev:
Sonra yenə öz bildikləri (batil əqidələrinə) qayıdıb dedilər: “Axı sən bilirsən ki, bunlar danışmırlar”.
Bünyadov-Məmmədəliyev:
Sonra (mübahisədə aciz qaldıqlarını görüb) yenə də öz küfrlərinə (başlarında olan əski etiqada) qayıdaraq (İbrahimə): “Axı sən bilirsən ki, bunlar danışmırlar!” – dedilər.
Elmir Quliyev
:
Затем они принялись за свое и сказали: "Ты же знаешь, что они не способны разговаривать".
Ələddin Sultanov:
Sonra öz inanclarına (küfrlərinə) qayıtdılar (və belə dedilər:) “Sən də yaxşı bilirsən ki, bunlar danışa bilmirlər”.
Kerbelayi Malik ağa:
Sonra onların başları önə əyildi. (Hz. İbrahimə): ‘And olsun ki, sən bunların danışa bilmədiyini bilirdin.’ (dedilər).
Ələsgər Musayev:
Sonra döndərdilər yenidən
başlarını: «Əlbəttə, sən bilirsən ki, bunların nitqləri yoxdur».
A.Mehdiyev və D.Cəfərli:
Sonra (fikirlərindən) döndülər (və öz əvvəlki əqidələrinə qayıdaraq İbrahimə dedilər:) «Sən bunların heç vaxt danışmadıqlarını yaxşı bilirsən.»
Kövsər Tağıyev:
Sonra yenə köhnə etiqadlarına və inadlarına qayıdaraq: “And olsun, bunların danışmayacağını sən də bilirsən”, – dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Sonra isə başlarındakı etiqada yenidən dönərək: "Axı sən bilirdin ki, bunlar danışmırlar" - (dedilər).
Sabirə Dünyamalıyeva:
Sonra onlar yenə öz başlarındakı [etiqada] qayıtdılar: "And olsun ki, bunların danışmayacağını bilirdin" dedilər.