Möminun Surəsi 65. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Onlara deyiləcək:) “Bu gün fəryad qoparmayın! Qətiyyən, Biz sizə heç bir köməklik göstərməyəcəyik!”
Bünyadov-Məmmədəliyev:
(Onlara belə deyirlər: ) “Yalvarıb-yaxarmayın, bu gün Bizdən sizə heç bir kömək yetişməz!”
Elmir Quliyev :
Не вопите сегодня! Воистину, Мы не окажем вам помощи.
Ələddin Sultanov:
Bu gün fəryad etməyin! Bizim tərəfimizdən sizə heç bir yardım edilməyəcəkdir!
Kerbelayi Malik ağa:
O gün fəryad edib yardım istəməyin. Şübhəsiz ki, Bizim tərəfimizdən sizə yardım olunmaz.
Ələsgər Musayev:
Bu gün nalə etməyin, həqiqətən, Bizdən sizə kömək olmayacaq.
A.Mehdiyev və D.Cəfərli:
(Onlara deyilər:) Bu gün fəryad qoparıb nalə etməyin. Şübhəsiz sizə Bizim tərəfimizdən kömək edilməyəcəkdir.
Kövsər Tağıyev:
Bu gün əbəs yerə yalvarıb-yaxarmayın. Çünki bizdən yardım görməyəcəksiniz.
M.Qənioğlu və T.Bilaloğlu:
(Onlara deyilər): “Bu gün fəryad edib yalvarmayın. Siz Bizdən əsla kömək ala bilməyəcəksiniz.
Sabirə Dünyamalıyeva:
Bu gün fəryad etməyin! Şübhəsiz ki, siz, Bizdən kömək görə bilməzsiniz.