Yasin Surəsi 65. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bu gün onların ağızlarına möhür vurarıq. Qazandıqları (günahlar) barəsində onların əlləri Bizimlə danışar, ayaqları da şəhadət verər.
Bünyadov-Məmmədəliyev:
Bu gün (Allaha and olsun ki, biz müşrik, kafir deyildik dediklərinə görə) onların ağızlarını möhürləyirik. Etdikləri əməllər (qazandıqları günahlar) barəsində onların əlləri Bizimlə danışar, ayaqları isə şəhadət verər.
Elmir Quliyev :
Сегодня Мы запечатаем их уста. Их руки будут говорить с Нами, а их ноги будут свидетельствовать о том, что они приобретали.
Ələddin Sultanov:
Bu gün onların ağızlarını möhürləyərik. Qazandıqları günahlar barəsində Bizimlə əlləri danışar, ayaqları da şahidlik edər.
Kerbelayi Malik ağa:
Bu gün onların ağızlarını möhürləyərik. Qazanmış olduqlarını Bizə onların əlləri danışar, ayaqları şahidlik edər.
Ələsgər Musayev:
Bu gün xətm vurduq onların ağızlarına onların əlləri Bizimlə kəlmə kəsəcək şəhadət verəcək ayaqları ilə ki, oldular kəsblilər.
A.Mehdiyev və D.Cəfərli:
Bu gün onların ağızlarını möhürləyərik. Onların əlləri Bizimlə danışar, ayaqları isə etdikləri əməllər barəsində şəhadət verərlər.
Kövsər Tağıyev:
“İnkar etdiyiniz üçün bu gün girin oraya!”
M.Qənioğlu və T.Bilaloğlu:
Bu gün Biz onların ağızlarına möhür vurarıq, Bizimlə onların əlləri danışar, qazandıqları (günahlara) isə ayaqlan (və başqa bədən üzvləri) şahidlik edər.
Sabirə Dünyamalıyeva:
Bu gün Biz, onların ağızlarının üstünə möhür vurarıq; Bizə əlləri danışar, ayaqları da qazandıqları şeylərə şahidlik edər.