Nisa Surəsi 65. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar.
Bünyadov-Məmmədəliyev:
Amma, xeyr! (Ya Rəsulum!) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) təyin etməyincə verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar.
Elmir Quliyev :
Но нет клянусь твоим Господом! они не уверуют, пока они не изберут тебя судьей во всем том, что запутано между ними, не перестанут испытывать в душе стеснение от твоего решения и не подчинятся полностью.
Ələddin Sultanov:
Xeyr! Rəbbinə and olsun ki, onlar öz aralarındakı ixtilaflar barəsində səni hakim təyin edib, sonra da verdiyin hökmə görə içlərində bir sıxıntı hiss etməyib tam bir təslimiyyətlə təslim olmayınca, iman gətirmiş olmazlar!
Kerbelayi Malik ağa:
Artıq xeyr, Rəbbinə and olsun ki, aralarında çəkişdikləri şey haqqında səni hakim təyin edib, sonra da sənin verdiyin hökmə görə ‘içlərində bir sıxıntı duymadan tam bir təslimiyyətlə təslim olmadıqca’ iman etmiş olmazlar.
Ələsgər Musayev:
yox! And olsun Rəbbinə! Inanmazlar, ta hakim etməyələr səni nədə ki, ağacdır aralarında onların. Sonra tapmayalar nəfslərində çətinlik nədən ki, qəzavat etdin təslim olalar təslimnən.
A.Mehdiyev və D.Cəfərli:
Amma belə deyildir (onların imanları yoxdur). Sənin Rəbbinə and olsun ki, onlar aralarındakı ixtilaflarda səni hakim etməyincə, sonra isə sənin verdiyin hökmə görə özlərində heç bir sıxıntı narahatlıq duymayıb tamamilə təslim olmayınca iman gətirməzlər.
Kövsər Tağıyev:
Xeyr! Rəbbinə and olsun ki, onlar aralarında çıxan mübahisəli mövzularda səni hakim təyin edib sonra da verdiyin hökmə içlərində heç bir sıxıntı duymadan, tam bir təslimiyyətlə boyun əymədikcə iman etmiş olmazlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Xeyr! Rəbbinə and olsun ki, onlar öz aralarındakı çəkişmədə səni hakim etməyincə, sonra sənin çıxardığın hökmü özləri üçün ədalətli hesab etməyincə tam təslim olmayınca iman gətirməzlər.
Sabirə Dünyamalıyeva:
Artıq, xeyr! Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflı işlərdə səni hakim edib sonra da sənin verdiyin hökmə qarşı içlərində heç bir sıxıntı hiss etmədən, əmin-amanlığı tamamən təmin etmədikləri müddətcə iman gətirmiş olmazlar.